Ziyanvericilərə qarşı mübarizə üzrə mütəxəssis axtarılır

Mütəxəssis


İş yeri :Dreamland Golf Club

İş şərtləri – 6 iş günü

Ümumi məlumatlar

– Kənd təsərrüfatı, Tibbi profilaktika, biologiya və ya zoologiya sahəsində ali təhsil;
– Həşaratlar sinifi (qanadlı həşəratlar,tarakankimilər,düzqanadlılar,bitlər, bərabərqanadlılar,birələr, sərtqanadlılar və ya böcəklər, ikiqanadlılar, pulcuqlu qanadlılar,pərqanadlılar və s.), gəmiricilər (xüsusi ilə sinantrop gəmiricilər), məhsulların içərisində rastlanıla biləcək ziyanverici həşaratlar və digər canlılarla (ilan, əqrəb, quş, it, pişik və s.) mübarizə sahəsində təcrübə;
– Aşağıdakıları bilməlidir;
– dezinfeksiya, dezinseksiya, dezodorasiya və deratizasiya üçün tətbiq edilən vasitələrin növlərini, xüsusiyyətlərini və hazırlanması üsullarını;
– dezinfeksiya, dezinseksiya, və deratizasiya işlərinin aparılması zamanı şəxsi və ictimai təhlükəsizlik tədbirlərini;
– zəhərli kimyəvi preparatlarla işin təhlükəsizliyi qaydasını;
– fərdi müdafiə vasitələrindən istifadə qaydasını;
– zəhərli kimyəvi preparatların vurulması üçün dezinseksiya maşınlarının və aparatlarının quruluşu və iş prinsiplərini;
– Orqanizmasında allergiyası olmamlı;
– İrgənmə və yüksəkdən qorxma kimi fobiyaları olmamlı;
– BC kateqoriyalı sürücülük vəsiqəsi olmalı.

İş haqqında məlumat

– Zərərverici həşaratlar və heyvanlara qarşı mübarizə işinin təşkili və icra edilməsi;
– Müəssisələrin həşaratlarla mübarizə çərçivəsində tədqiq edilməsi;
– Dezinseksiya və Deratizasiya işlərinin həyata keçirilməsi,
– Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, ekoloji və yanğından mühafizə qaydalarına riayət olunmasına cavabdehdir;
– Müəssisə daxilindəki avadanlıqlara nəzarət edilməsi;
-Problemlərin aşkarlanması, mənbələrin dəyərləndirilməsi və qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində Ziyanvericilərə qarşı mübarizə üzrə mütəxəssis qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət et yazısının üzərinə gələrək göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]