Vakansiya: Korporativ satış təmsilçisi tələb olunur
İşəgötürən: MR. Fix construction chemicals
Vakansiya: Korporativ satış təmsilçisi
Son tarix: 21 may 2022
Əsas vəzifə öhdəli̇kləri̇:
-Məhsulların satışını və tanıtma işlərini təşkil etmək;
-Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və mənfəət hədəflərinə çatmaq;
-Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
-Müştərilərə gedəcək sənədlərin (kommersiya təklifi, müqavilə və digərləri ) vaxtında hazırlanmasına nəzarət etmək və müştəriyə çatdırmaq;
-Şirkətə yeni müştərilər qazandırmaq;
-Şirkətin keçirdiyi kampaniyalar haqqında müştərilərə ətraflı məlumat vermək;
-Daimi olaraq müştəri ziyarətlərini təşkil etmək;
-Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
-Gündəlik satış hesabatlarını təqdim etmək.
Tələblər:
-25-35 yaşlarında;
-Satış sahəsində ən az 3 il təcrübəsi olan;
-Memarlıq və İnşaat Universitetindən məzun olan (üstünlük veriləcək);
-Dəqiq və işinə qarşı məsuliyyətli olan;
-Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti;
-İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan;
-Ofis proqramı biliyi (Microsoft word, excel);
-Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
-B kateqoriya sürücülük vəsiqəsi olan.
-İş saatı: 08.30-17.30
Maaş:danışıqlar nəticəsində
Bu vakansiya üçün [email protected] e-poçtuna mövzu hissəsinə “Satış təmsilçisi” qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 15 saat, 18 dəq
- 3 ay, 6 gün, 17 saat, 11 dəq
- 6 ay, 1 həftə, 4 gün, 11 saat, 56 dəq
-
6 ay, 3 həftə, 2 gün, 7 saat, 27 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 15 saat, 25 dəq