PASHA Capital Daxili nəzarət bölməsinin baş mütəxəssisi axtarır
İşəgötürən: PASHA Capital
Vakansiya: Daxili nəzarət bölməsinin baş mütəxəssisi
Son tarix: 21 may 2022
Vəzifə öhdəlikləri:
-Qanunvericiliklə investisiya şirkəti fəaliyyəti üçün müəyyən edilmiş davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
-Əsas və yardımçı investisiya xidmətlərini əhatə edən daxili qayda və prosedurların hazırlanması;
-Şirkətin əməkdaşlarına keçirilən əməliyyatların Azərbaycan Respublikasının Qanunlarına uyğunluğu ilə bağlı məsləhətlərin verilməsi;
-Mühasibat və hesabatlıq sistemlərinin qiymətləndirilməsi;
-Sorğuların cavablandırılması;
-Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.
Namizədlərə əsas tələblər:
-Maliyyə, iqtisadiyyat və ya hüquq üzrə ali təhsil;
-Nəzarət sahəsində ən azı 2 il, investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur;
-Qiymətli kağızlar bazarı üzrə qanunvericilik haqqında dərin biliklər;
-İnvestisiya şirkəti fəaliyyətinə dair prudensial tələblər barədə dərin biliklər;
-Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
-MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
-Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.
Maraqlanan şəxslər [email protected] elektron məktub başlığında “Daxili nəzarət bölməsinin baş mütəxəssisi” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 15 saat, 58 dəq
- 3 gün, 12 saat, 27 dəq
- 4 gün, 9 saat, 5 dəq
-
5 gün, 4 saat, 42 dəq
Bitcoin bonus overview and options for South African players
-
5 gün, 4 saat, 42 dəq
Casino uden KYC – guide til fordele, ulemper, bonus og hurtig registrering