Yeni məhsulların araşdırılması və analizi üzrə təcrübəçi axtarılır

Mütəxəssis


Ferrum Capital şirkəti Yeni məhsulların araşdırılması və analizi üzrə təcrübəçi proqramını elan edir

-Elanın bitmə tarixi: 20.05.2022

-Şirkət: Ferrum Capital

-Ərazi: Bakı

-Əmək haqqı: Müsahibə əsasında

-Staj: 

-Yaş həddi: 18 — 29 yaş

-Təhsil: Natamam ali təhsil (bakalavr)

-İş rejimi: Tam iş günü (5 gün)

-Müqavilə: Əmək müqaviləsi

-E-mail: [email protected]

Namizəddə hansı özəllikləri axtarırıq?

Ali təhsil (IV kurs tələbələri, yeni məzunlar və magistr tələbələri);

Qəbul imtahanında 600+ bal toplamaq;

İngilis və ya rus dillərini yüksək səviyyədə bilmək (digər dillər də arzuolunandır);

Məsələlərə analitik yanaşmaq;

Texnoloji trendlərdən xəbərdar olmaq (üstünlük verilir);

MS Office və Google Tool-larından istifadə edə bilmək.

Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?

Yeni satış məhsulların yaradılması ilə bağlı müxtəlif araşdırılma və tədqiqat işlərini aparmaq;

Satış proseslərinin təkmilləşdirilməsi və satışın inkişafı strategiyasının hazırlanmasında iştirak etmək;

Gələcək satış və marketinq planlarımızı istiqamətləndirmək üçün müştərilər, satış meylləri, məhsullar və xidmətlər haqqında məlumat toplamaq və təkliflər hazırlamaq.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Yeni məhsulların araşdırılması və analizi üzrə təcrübəçi” qeyd etməklə e-mail [email protected]  ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Xocalı prospekti 37 Demirchi Tower 17-ci mərtəbə

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]