Intex Audit mühasib axtarır

Mühasib


İşəgötürən: Intex Audit

Vakansiya: Mühasib

Son tarix: 13 may 2022

Tələblər:

-Azı 1 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;

-1C 8.3 mühasibat proqramında iş təcrübəsi yaxşı səviyyədə olmalıdır;

-Mühasibat uçotunu bilməlidir;

-İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;

-Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;

-Azərbaycan dilini mükəmməl bilməlidir, Rus və İngilis dilini də bilmək əlavə üstünlükdür;

-Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;

-Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;

-Stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir.

Vəzifələr:

-Sənədlərin (e-qaimə, bank əməliyyatlarının, əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi;

-Vergi hesabatlarının hazırlanması (əvəzləşmələr,  Fiziki şəxslərin Gəlir vergisi, ÖMV, MDSS, İşsizlik, Sadələşdirilmiş vergi);

-Debitor və kreditorlarla üzləşmələrin aparılması;

-ƏDV Depozit hesabı əməliyyatlarının icrası, Bank əməliyyatlarının işlənməsi-yerli və xarici ödəniş tapşırıqlarının hazırlanması;

-Əmək haqqının hesablanması, məzuniyyətin hesablanması, son haqq-hesab, əmək haqqı kartlarının sifarişi, xəstəlik vərəqələrinin hesablanması və sistemə işlənilməsi;

-Qaimə-fakturaların yazılması, hesab-fakturaların yazılması, elektron qaimələrin kəsilməsi;

-Məxfilik prinsiplərinin qorunması.

İş şəraiti:

-Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

-5 günlük iş rejimi (saat  09:00 – 18:00);

-Əmək haqqı 600 manat təşkil edir.

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını [email protected] email ünvanına göndərə bilərlər

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]