Şirkətə kiçik anbardar tələb olunur
İşəgötürən: Agro Dairy
Vakansiya: Kiçik anbardar
Son tarix: 28 aprel 2022
İş üzrə tələblər:
-Anbar ehtiyatlarının yerləşdirilməsi üzrə sifarişləri toplamaqla, sorğuları çap etməklə, qəbul edilmiş yaxud paylanılmış mal və ya materialların miqdarını kompüter vasitəsilə qeydə almaqla mal ehtiyatlarının uçotunu aparır.
-Mövcud mal ehtiyatlarını sayır.
-Sorğuları və təchizat sifarişlərini işləməklə; materialları çıxarmaqla; qutuları qablaşdırmaqla; sifarişləri çatdırılma zonasında yerləşdirməklə sifarişləri hazır vəziyyətə gətirir.
-Yük maşınlarının yüklənilməsi, qəbul edilməsi, boşaldılması və inventarın yoxlanılması işlərinə yardım edir.
Tələb olunan bilik və bacarıqlar:
-Ali təhsili olanlara üstünlük verilir.
-Daha öncə Anbar sahəsində çalışmış namizədlərə üstünlük veriləcəkdir, həmçinin təcrübəsi olmayan uyğun namizədlərə də baxılacaqdır.
-Gəncə, Samux və Tovuz bölgələrində yaşayan namizedlere üstünlük verilir.
-Microsoft Office və məlumat daxiletmə proqramlarını bilmək.
Əlavə məlumat:
İş yeri – Tovuz və Samux
Tabe olduğu şəxs – Anbar Koordinatoru
Şirkət tərəfindən işçilər nəqliyyat xidmətləri, nahar və sığorta ilə təmin olunur.
Göstərilən tələblərə uyğun namizədlər elektron məktubun mövzu hissəsində “Kiçik Anbardar” qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 6 saat, 19 dəq
- 3 ay, 1 həftə, 5 gün, 8 saat, 12 dəq
- 6 ay, 2 həftə, 3 gün, 2 saat, 57 dəq
-
6 ay, 4 həftə, 22 saat, 28 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 6 saat, 26 dəq