Music Gallery baş satış məsləhətçisi axtarır
İşəgötürən: Music Gallery
Vakansiya: Baş satış məsləhətçisi
Son tarix: 05 iyun 2023
Hansı özəlliklərə malik olmalıdır?
-Ali və ya orta təhsil
-Sahə üzrə minimum 3 il iş təcrübəsi arzuolunandır
-Yüksək səviyyədə azərbaycan və rus dili biliyi
-Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı
-Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı
Baş satış məsləhətçisi nə iş görür?
-Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
-Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək
-Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək
-Müştərilərə xidmət, onlara malların xarakteristikası üzrə müştərilərə xidmət qaydalarına uyğun şəkildə məlumat vermək
-Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq
-Qoyulmuş satış hədəflərinə çatmaq
-Mağaza müdirinin sərəncamı ilə inventarizasiyanın keçirilməsində iştirak etmək
-Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
-Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək
Əlavə məlumat:
-6 günlük iş qrafiki
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Baş satış məsləhətçisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 2 ay, 2 həftə, 7 saat, 53 dəq
- 3 ay, 2 həftə, 9 saat, 46 dəq
- 6 ay, 2 həftə, 5 gün, 4 saat, 31 dəq
-
7 ay, 2 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 4 gün, 8 saat