“SƏTƏM üzrə mütəxəssis” tələb olunur

Mütəxəssis


Araz Supermarketlər Şəbəkəsi ” SƏTƏM üzrə mütəxəssis ” vakansiyası üzrə işə qəbul elan edir!

Tələblər:

Ali təhsil ;

-İş təcrübəsi: minimum 1 il;

-Dil bilikləri (ingilis-dili arzu olunandır);

-MS Office bilikləri;

-Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü;

-Yerli və ya beynəlxalq sertifikat;

-Digər qeydlər: Şəxsi avtomobil mütləqdir;

Vəzifə öhdəlikləri:

-İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;

-İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək;

-İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların və lövhələrin siyahısını tərtib etmək;

-Bədbəxt hadisələrin tədqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək;

-Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək;

-Qurğu və avadanlıqlarına vaxtaşırı sınaqların, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;

-Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək;

-İslehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;

-İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək;

-İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;

Təminatlar:

-Nahar ilə təmin edilmə;

-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

-5 günlük iş qrafiki;

-Servis xidməti mövcuddur

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SƏTƏM üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]