“Yalama Aqroaprk”a aparıcı mühasib tələb olunur
Yalama Aqroaprk MMC “Aparıcı mühasib” vakansiyasını elan edib.
İş yeri: Xaçmaz rayonu (Yalama kəndi)
Əmək funksiyaları:
-1C 8.2 və 8.3 proqramında sərbəst işləmək
-Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
-E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması
-ƏDV, mənfəət, DSMF, Statistika, məşğulluq hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
-Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
-Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
Tələblər:
-Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
-Maliyyə-mühasibat sahəsində minimum 2 il iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsal istiqamətləri arzu olunandır)
-Mühasibatlıq və maliyyə sahəsində sertifikatlarının olması üstünlükdür
-Komanda ilə işləyə bilmə bacarığı
-Əmək haqqı: Əmək haqqı aralığı: 1000-1500 azn
İş qrafiki:
09:00-18:00 ( beşgünlük iş həftəsi)
Maraqlanan şəxslər cv-lərini elektron ünvanına [email protected] mövzu yerində “Aparıcı mühasib” qeyd etməklə göndərə bilərlər.
Elanın bitmə tarixi – 10.12.22
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 18 saat, 11 dəq
- 3 ay, 1 həftə, 3 gün, 20 saat, 4 dəq
- 6 ay, 2 həftə, 1 gün, 14 saat, 49 dəq
-
6 ay, 3 həftə, 6 gün, 10 saat, 20 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 18 saat, 18 dəq