Buta Group mühasib-operator axtarır
İşəgötürən: Buta Group
Vakansiya: Mühasib-operator
Son tarix: 26 noyabr 2022
Vakansiya haqqında:
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: 500-700 NET
Vəzifə öhdəlikləri:
-Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkilini icra edir;
-Daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsini icra edir;
-Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
-Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işləyir;
-Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları logo proqramına daxil edir;
-Əsas vəsaitlərin uçotunun aparılmasında iştirak edir;
-İstehsal xərclərinin uçotunun aparılmasında iştirak edir;
-İnventarizasiya prosesində iştirak edir;
-Mal-material, əsas vəsaitlərin hərəkətinə dair, qaimələri, aktları tərtib edir;
-İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
-Kreditorlar və debitorlarla üzləşmələri icra edir;
Təhsil və iş təcrübəsi:
-Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə təhsil;
-Minimum 1 il mühasib vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr:
-Komandada işləmək bacarığı;
-Məsuliyyətlilik;
-Logo unity versiyası üzrə işləyə bilmə bacarığı;
-Ms. Office programları, Excell orta səviyyədə.
Təminatlar:
-Telefon limiti
Bilməlidir:
-Mühasibatlıq və uçot
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Mühasib-operator” qeyd etməyi unutmayın.
Vakansiyalar
- 2 ay, 2 həftə, 2 gün, 10 saat, 30 dəq
- 3 ay, 2 həftə, 2 gün, 12 saat, 23 dəq
- 6 ay, 3 həftə, 7 saat, 8 dəq
-
7 ay, 2 gün, 2 saat, 39 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 6 gün, 10 saat, 37 dəq