Azərbaycan Dəmir Yolları insan resursları üzrə mütəxəssis axtarır (Ələt,Yevlax,Ağstafa)
İşəgötürən: Azərbaycan Dəmir Yolları
Vakansiya: İnsan resursları üzrə mütəxəssis (Ələt,Yevlax,Ağstafa)
Son tarix: 08 noyabr 2022
İşin təsviri:
-Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
-Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
-İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının “Elektron hökumət” portalında işlənilməsi;
-Əmək haqqının hesablanması üzrə işlərin icra edilməsi;
-İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icra edilməsi;
-Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
-Bölmənin gündəlik fəaliyyəti ilə əlaqədar digər zəruri işlərin icra edilməsi.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
-Ali təhsil (iqtisadiyyat, idarəetmə, mühəndislik, psixologiya sahələri üzrə ali təhsil üstünlükdür);
-Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
-MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
-Azərbaycan Respublikasının əmək qanunvericiliyinə dair biliklər;
-Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
-Kadr işinin təşkili, sənədləşmə və hesabatların tərtib edilməsinə dair biliklər;
-İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur.
Son müraciət tarixi: 07.11.2022
https://career.ady.az/Vacancy/Get?id=3839#vp
Vakansiyalar
- 2 gün, 1 saat, 30 dəq
- 2 gün, 21 saat, 59 dəq
- 3 gün, 18 saat, 37 dəq
-
4 gün, 14 saat, 14 dəq
Bitcoin bonus overview and options for South African players
-
4 gün, 14 saat, 14 dəq
Casino uden KYC – guide til fordele, ulemper, bonus og hurtig registrering