“Layihələrin idarə olunması üzrə Aparıcı Mütəxəssis” axtarılır
MilliKart “Layihələrin idarə olunması üzrə Aparıcı Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib.
İş funksiyaları:
-Layihələrin həcmini, nəticələrini və icra təqvimlərini müəyyən etməklə layihə qrupuna rəhbərlik etmək;
-Layihələrin idarə olunması və icrası ilə bağlı inzibati prosessin yaradılması;
-Bir-birilə əlaqəli olan layihə və tapşırıqlar üzrə işçi qrupları arasında fəaliyyətin optimallaşdırılması, risklərin/gedişatın müəyyənləşdirilməsi, əks təsirlərin azaldılması üçün -həll yolları üzrə təkliflərin verilməsi;
-Proqram əlavələri üzrə texniki tapşırıq və data modeli üçün ilkin məlumatların verilməsinin təmin edilməsi
-Layihələrin gedişatı və inkişaf prosesinin daimi izlənilməsi və tamamlanmasını təmin etmək üçün işçi qrupları ilə yaxından əməkdaşlıq edilməsi;
-Müştəri tələblərinə cavab verən və biznes hədəflərə uyğun uğurlu məhsul təhvil verilməsi üçün təsvirin müəyyənləşdiliməsinə və işçi qrupuna çatdırılmasına dəstək olunması;
-Keyfiyyət və kəmiyyət baxımından layihələrin problem və risk qiymətləndirilməsini aparmaq və həlli üçün addımlar planını hazırlamaq
-Layihə büdcəsinin tərtib edilməsi və aylıq müqayisə/fərq hesabatlarının hazırlanması;
-Cari və gələcək biznes hədəflərinin və mövcud İT proseslərinin tam başa düşülməsi və müvafiq göstərişlərin icra edilməsi;
Tələb olunan biliklər:
-MS Office (Word, Excel, PowerPoint, Outlook, MS Project) proqramları üzrə yüksək səviyyədə biliklər;
-Azərbaycan dilini səlis, rus və ingilis dillərini yüksək səviyyədə bilmək;.
Tələb olunan bacarıqlar:
-Analitik düşünmə bacarıqları – tələb olunan həlləri aşkar etmək və müəyyən etmək bacarığı.
-Yüksək səviyyədə ünsiyyət bacarıqları;
-Təqdimat bacarığı;
-Komanda ilə birgə işləmə bacarığı.
Xüsusi Tələblər:
-Ali təhsil (bakalavr dərəcəsi)
-Minimum 2 layihənin uğurla tamamlaması;
-Verilən tapşırıqların tələb olunan tarixə uyğun təhvil verilməsi;
-Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
İş şəraiti:
-İş yeri: Alı Mustafayev 5 A. (Memar Əcəmi m/s yanı)
-İş saatı: həftə içi 5 gün 09:00-18:00; Şənbə və bazar günləri qeyri-iş günüdür.
-Əmək haqqı: İşçinin bilik və təcrübəsinə əsasən müəyyənləşdiriləcəkdir.
Maraqlanan şəxslər CV-lərini “Layihələrin idarə olunması üzrə Aparıcı Mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 14 saat, 30 dəq
- 3 ay, 1 həftə, 3 gün, 16 saat, 23 dəq
- 6 ay, 2 həftə, 1 gün, 11 saat, 8 dəq
-
6 ay, 3 həftə, 6 gün, 6 saat, 39 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 14 saat, 37 dəq