AS Nagliyyat biznesin inkişafı üzrə mütəxəssis axtarır
İşəgötürən: AS Nagliyyat
Vakansiya: Biznesin inkişafı üzrə mütəxəssis
Son tarix: 09 oktyabr 2022
Öhdəliklər:
-Şirkətin fəaliyyət göstərdiyi makro və mikro mühitin daimi təhlil edilib, hesabatların hazırlanması;
-Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi;
-Biznes proseslərinin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
-Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
-Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
-Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün proqnozların verilməsi;
-Müştəriləri və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması;
-Yeni biznes imkanlarının dəyərləndirilməsi və qərar prosesində rəhbərliyə dəstək vermək;
-Biznes proseslər üzrə texniki sənədlərin ( texniki tapşırıq, use-case, istifadəçi təlimatları) hazırlanması;
-Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
-Biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi və təhlili;
-Gündəlik biznes prosesləri anlamaq üçün biznes vahidləri ilə işləmək;
-Mənfəət və zərər proqnozu, bazar araşdırması kimi öhdəliklərin yerinə yetirilməsi;
-Mümkün olan bütün vasitələrdən istifadə edərək işgüzar ünsiyyətin qurulması.
Namizəddən tələblər:
-Ali təhsil ( iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə);
-Biznesin inkişafı və ya marketing üzrə 1 il iş təcrübəsi;
-MC Office proqramlarından istifadə bacarığı;
-Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dillərini bilməsi arzuolunandır);
-Müşahidə və analiz qabiliyyətinin olması;
-Problemləri həll etmə bacarığı;
-Strateji düşünmə və analitik təhlil bacarığı;
-Stresə davamlılıq;
-İnformasiyanın təhlili və analiz etmək bacarığı;
-Müxtəlif iş tapşırıqlarının eyni vaxtra icra edilməsi qabiliyyəti;
-Yüksək ünsiyyət, təqdimetmə və komandada işləmək bacarığı.
Digər məlumatlar:
-Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.
-İş qrafiki: 6 günlük.
-Nahar şirkət tərəfindən qarşılanır.
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Biznesin inkişafı üzrə mütəxəssis”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 1 həftə, 6 gün, 20 saat, 10 dəq
- 3 ay, 1 həftə, 6 gün, 22 saat, 3 dəq
- 6 ay, 2 həftə, 4 gün, 16 saat, 48 dəq
-
6 ay, 4 həftə, 2 gün, 12 saat, 19 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 3 gün, 20 saat, 17 dəq