Sinteks Group of Companies biznesin inkişafı üzrə mütəxəssis axtarır
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Biznesin İnkişafı üzrə Mütəxəssis
Son tarix: 22 sentyabr 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Biznesin İnkişafı üzrə Mütəxəssis tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Biznesin İnkişafı üzrə Mütəxəssisin rolu, müqavilə danışıqları, şərtlər müzakirələri, təchizatçılara nəzarət və s. daxil olmaqla, əlaqələrin qurulmasından işin tamamlanmasına qədər layihələri həyata keçirməkdir.
Vəzifə öhdəlikləri:
-BDM tərəfindən verilən cədvəl və prioritet əsasında layihələri planlaşdırmaq, layihələndirmək və əlaqələndirmək
-Zəruri hallarda layihələrin texniki-iqtisadi əsaslandırılmasını həyata keçirir və ya qismən tədqiqatla əvəz edir (texniki-iqtisadi əsaslandırmanın predmeti); marketinq tədqiqatları aparır
-Layihənin effektiv icrasını təmin etmək üçün tərəfdaşlar, təchizatçılar və üçüncü tərəf layihə iştirakçıları ilə əlaqə saxlayır
Əsas tələblər:
Təhsil:
-İqtisadiyyat və ya Bizneslə əlaqəli fənlər üzrə ali təhsil
Təcrübə:
-Şirkətin biznesinin inkişafında, xüsusilə şirkətin biznes portfelinin genişlənməsində, şirkətin xidmət və ya məhsul bazarının payının artırılmasında, yeni satış kanallarının yaradılmasında, şirkətin biznes fəaliyyətinin diversifikasiyasında, yeni biznes bölmələrinin yaradılmasında, biznes-layihə rəhbərliyində ən azı 1 il təcrübəsi
Professional Biliklər:
-Bazar araşdırması
-Maliyyə proqnozları
-Müqavilə şərtləri
-Layihənin idarə olunması
-Biznesin idarə edilməsi
-İrəli səviyyədə İngilis dili
-MS Office Proqramları
Professional Bacarıqlar və Kompetensiyalar:
-Biznes ünsiyyət
-Danışıq bacarıqları
-Zamanın idarə edilməsi
-Tədqiqat bacarıqları
-Analitik düşüncə
-Nəticə yönümlülük
-Proaktiv düşüncə
-Problem həll etmə
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 21 saat, 4 dəq
- 3 ay, 1 həftə, 3 gün, 22 saat, 57 dəq
- 6 ay, 2 həftə, 1 gün, 17 saat, 42 dəq
-
6 ay, 3 həftə, 6 gün, 13 saat, 13 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 21 saat, 11 dəq