AzəriMed QSC audit üzrə kiçik mütəxəssis axtarır
İşəgötürən: AzəriMed QSC
Vakansiya: Audit üzrə kiçik mütəxəssis
Son tarix: 15 sentyabr 2022
Tələblər:
-Yaş: 25 – 35;
-Təhsil: Tibbi, iqtisadi və ya digər analitik ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili;
-Kompüter bilikləri: MS Office proqramlarından istifadə bacarığı;
-Təcrübə: Aptek sahəsində satış üzrə təcrübə və ya audit təcrübəsi arzuolunandır;
-Ezamiyyəyə açıq olmalı və növbəli rejimdə işə çıxa bilməli;
-Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilməli;
-Analitik təfəkkür;
-İşində məsuliyyətli, ünsiyyətcil, səbrli və inkişafa meyilli;
-Komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
-İllik Audit planına və plandan kənar qrafikə əsasən, apteklərə audit vizitlərinin keçirilməsi;
-Təyin edilmiş ölkədaxili ərazilər üzrə ezamiyyətlərə gedilməsi;
-Audit viziti zamanı qarşılaşılan problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi, təhlili və tövsiyələrin hazırlanması;
-Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və müvafiq şəkildə hesabatların verilməsi;
-Şirkətdaxili konfidensiallığa riayət olunması;
-Audit vizitinin nəticəsinə uyğun olaraq statistik, risk hesabatlarının və iş planlarının təqdim edilməsi.
İş şəraiti:
-İş qrafiki: Tam iş günü
-Əmək haqqı: 450 AZN (Gross) + Bonus sistemi mövcuddur
-Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Audit üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 14 saat, 53 dəq
- 3 ay, 1 həftə, 3 gün, 16 saat, 46 dəq
- 6 ay, 2 həftə, 1 gün, 11 saat, 31 dəq
-
6 ay, 3 həftə, 6 gün, 7 saat, 2 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 15 saat