“Bank Respublika” kiçik və orta biznes kreditləri üzrə mütəxəssis axtarır (Qazax və Şabran)

Mütəxəssis


İşəgötürən: Bank Respublika ASC

Vakansiya: Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Qazax və Şabran)

Son tarix: 27 avqust 2022

Ümumi vəzifə öhdəlikləri:

-Potensial müştərilərin axtarışı və cəlb edilməsi;

-Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;

-Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;

-Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;

-Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;

-Biznes analizlərin aparılması.

Namizədə qarşı tələblər:

-Ali təhsil;

-Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);

-Yüksək səviyyədə satış etmək bacarığı;

-Korporativ müştərilərlə işləmək bacarığı;

-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;

-Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 avqust 2022-ci il tarixinədək emailin mövzu hissəsində müvafiq olaraq aşağıdakı kimi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər:

-Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Qazax)

-Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Şabran)

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]