Bizim Market əmək haqqının hesablanması üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Bizim Market

Vakansiya: Əmək haqqının hesablanması üzrə mütəxəssis

Son tarix: 10 sentyabr 2022

İş yeri: İnsan resursları departamenti

Vəzifə öhdəlikləri:

-Əmək haqqının hesablanması üçün tələb olunan sənədlərin qəbulu və sistemə daxil edilməsi;

-Xəstəlik kağızlarının doldurulması;

-Davamiyyət sisteminin idarə olunması və ona nəzarət;

-İş cədvəllərinin yoxlanılması və Maliyyə departamentinə təqdim edilməsi;

-İcbari və sağlamlıq sığortası proqramlarının idarə olunması;

-Aylıq və rüblük əsaslarla İR hesabatlarını toplamaq, hesabatların təhlilini aparmaq və təqdimatları hazırlamaq;

-Daxili istifadə və xarici mənbələr üçün xüsusi hesabatları tərtib və təhlil etmək (əmək haqqı sorğuları və s.);

-Aidiyyatı digər funksiyaları icra etmək.

Tələblər:

-Ali təhsil;

-İnsan Resursları sahəsində iş təcrübəsi minimum 2 il;

-Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzu olunandır;

-Analitik düşünmə qabiliyyəti;

-MS Word və Excel proqramlarını yüksək səviyyədə bilməli.

Şəxsi keyfiyyətlər:

-Detallara diqqətli

-Dəqiqlik

-Məsuliyyətli

İş şəraiti:

-İş rejimi: I-V günlər, 09:00-18:00

-Nahar yeməyi təmin edilir;

-Korporativ nömrə verilir;

-Əmək haqqı tərəflərin razılığı ilə təyin ediləcək.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]