Tanınmış tikinti kimyəviləri istehsalçısına hüquqşünas tələb olunur
“KARTAŞ LTD” MMC (Mr.Fix) aşağıda qeyd edilən vakansiya üzrə namizəd axtarışındadır:
Vəzifə: Hüquqşünas
Vəzifə öhdəlikləri:
-Nisyə satış müqavilələrindən irəli gələn məhkəmə mübahisələri üzrə məhkəməyə qədər ilkin sənədləşmə işlərinin aparılması;
-İddia ərizələrinin tərtib edilməsi və məhkəmələrə təqdim edilməsi;
-Məhkəmələrdə şirkətin nümayəndə qismində təmsil edilməsi və nümayəndəlik institutu ilə bağlı bütün səlahiyyətlərin həyata keçirilməsi;
-Məhkəmə aktları əsasında şikayətlərin verilməsi;
-İcraatında olan məhkəmə mübahisələrinin gedişi və nəticəsi barədə mütəmadi olaraq tabeliyində olduğu rəhbərinə yazılı və şifahi hesabatların təqdim edilməsi və s.
Tələblər:
-Ali hüquq təhsili;
-Minimum 1 il iş təcrübəsi (məhkəmə mübahisələri üzrə təcrübə arzu olunandır);
-İnzibati, Mülki və Mülki prosessual hüquq sahələrində dərin nəzəri və praktiki biliklər;
-Səlis Azərbaycan dili biliyi
Əmək haqqı aralığı- 700/1000 (Namizədin bilik və bacarıqlarından asılı olaraq müəyyən ediləcək)
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini “Hüquqşünas” başlığı ilə [email protected] mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 2 həftə, 16 saat, 48 dəq
- 3 ay, 2 həftə, 18 saat, 41 dəq
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 26 dəq
-
7 ay, 8 saat, 57 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 4 gün, 16 saat, 55 dəq