“İlhamCo” logistik meneceri axtarır

Menecer


-İşəgötürən:  “IlhamCo Ltd”

 -Vakansiya: Logistik menecer

– Şəhər -Bakı

-Yaş- 21 – 26 yaş

-Təhsil- Ali

-İş təcrübəsi- 1 ildən 3 ilə qədər

-Elanın bitmə tarixi- Avqust 25, 2022

-E-mail- [email protected]

İş barədə məlumat

– Sifariş olunan və daşınan yüklərin qeydiyyatının aparılması
– Daşınma ilə bağlı zəruri sənədlərin toplanması, yoxlanması və aidiyyəti üzrə təqdim olunması
– Yüklərin daşınma xərclərinin qeydiyyatının aparılması
– Daşınma zamanı yaranmış əlavə xərclərin, cərimələrin qeydiyyatının aparılması
– Ödəniş üçün zəruri sənədlərin toplanması və yoxlanılması
– Nəqliyyatçılar, daşıyıcı şirkətlərlə yazışmaların aparılması
– Gömrük prosedurları üçün tələb olunan sənədlərin, nəqliyyat xərcinin təqdim olunması
– Lazımi sənədlərin maliyyə şöbəsinə təqdim olunması
– Sənədlərin əslinin və elektron surətlərinin arxivləşdirilməsi
– Daxil olan sorğular əsasında sənədlərin təqdim olunması, habelə, dövrü olaraq maliyyə şöbəsi ilə ödəniş üzləşmələrinin aparılması
– Bölmə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi.
İş şəraiti:
– 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-dək, şənbə yarım gün

Namizədə tələblər

– Ali təhsil
– Səlis Azərbaycan və Rus dili bilikləri, İngilis dili mütləqdir
– MS Office sərbəst işləmə bacarığı
– Verilən tapşırıqları təyin olunmuş zaman kəsiyində icra etmək, yaranmış problemləri operativ həll etmək, eləcə də yüksək ünsiyyət bacarığı
– Punktuallıq və detallara diqqət etmə bacarığı
– Analitik düşünmə və təhlil etmə qabiliyyəti
– Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri

Maraqlanan namizədlərin öz CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur. Mövzu yerində “Logistik menecer” yazılması vacibdir.

Telefon

(050) 322-96-82

(055) 253-05-00

(055) 214-27-57

(012) 566-15-61
(050) 287-05-73

ILHAM Co Beynəlxalq Yük Daşınmaları şirkəti 1997-ci ildən daşımaçılıq sahəsində yüklərin həm Azərbaycan daxili və həm də ölkə xaricinə daşınmasını həyata keçirir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]