Leobank -da işləmək üçün əla fürsət!
“Leobank” ödənişlər, kart hesablarının artırılması, Loyallıq və Keşbek istiqaməti, mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edib.
Tapşırıqlar:
– Ödəniş terminalları vasitəsi ilə kart hesablarının artırılması, funksionallığın təmin edilməsi və terminal şəbəkəsi üzrə tərəfdaşlarla hesablaşmalara nəzarət edilməsi;
– SQL, Excel –dən istifadə edərək hesabatların (reports) hazırlanması;
– Nağdsız ödənişlər üzrə təhlil və bazar araşdırmasının aparılması, ödənişlərlə bağlı tariflərə təkliflərin verilməsi;
– Mobil tətbiq üzərindən aparılan ödənişlərə nəzarət edilməsi, ödənişlərin çeşidi və funksionallığı ilə bağlı təkliflərin verilməsi;
– Nağdsız ödənişlər üzrə loyallıq proqramına dair təkliflərin verilməsi;
– Nağdsız ödənişlərə görə cashback -in kateqoriyaları və faizləri ilə bağlı təhlillərin aparılması, mütəmadi olaraq təkliflərin verilməsi;
– Bankın korporativ aktları ilə müəyyən olunmuş və Departamentin funksiyasına uyğun olan digər vəzifələrin icra edilməsi.
Tələblər:
– Excel üzrə biliklər;
– SQL üzrə biliklər;
– Nağdsız ödənişlər üzrə biliklər;
– Analitik düşüncə və problem həll etmə bacarığı;
– Azərbaycan dili biliyi (rus dili üzrə biliklər arzuolunandır). Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər (email-ın mövzu hissəsində Ödənişlər və kart hesablarının artırılması istiqaməti, mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis qeyd etməyiniz xahiş olunur).
Vakansiyalar
- 2 ay, 2 həftə, 1 gün, 12 saat, 25 dəq
- 3 ay, 2 həftə, 1 gün, 14 saat, 18 dəq
- 6 ay, 2 həftə, 6 gün, 9 saat, 3 dəq
-
7 ay, 1 gün, 4 saat, 34 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 5 gün, 12 saat, 32 dəq