Vakansiya: Təlim və inkişaf üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Təlim və İnkişaf üzrə Mütəxəssis
Son tarix: 20 iyun 2022
Vəzifənin rolu:
Təlim və İnkişaf üzrə Mütəxəssisin rolu, Təlim və İnkişaf fəaliyyətlərini təşkil etmək və Satış işçiləri üçün təlimlər keçirməkdir.
Vəzifə öhdəlikləri:
-Satış texnikası və Müştəri Xidmətləri üzrə təlimlər təşkil edir və keçirir
-Satış işçiləri üçün qiymətləndirmə sessiyaları təşkil edir və nəticələrini müvafiq olaraq bildirir
-Satış işçiləri üçün yenidən təlimlər təşkil edir
-Satış İnkişafı proqramı üçün təlim sessiyaları təşkil edir və proqramın sonunda bütün rəyləri toplayır
-Fəaliyyətin Qiymətləndirilməsi formalarını toplayır və nəticələrini müvafiq olaraq nəzərdən keçirir
-Hər bir işçi üçün Fərdi İnkişaf Planını nəzərdən keçirir və təlim proqramı təşkil edir
-İşçinin professional bilik və bacarıqlarının tutduğu vəzifəyə uyğunluğunu yoxlayır
-Uyğunlaşma proqramını təşkil edir və rəyləri toplayır
-Bütün rəyləri və nəticələri Təlim Verilənlər Bazasına daxil edir və yenilənmiş məlumatlarla təmin edir
Əsas tələblər:
Təhsil:
-Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil
-Təlim və İnkişaf üzrə müvafiq ixtisas arzu olunandır
Təcrübə:
-Təlim və İnkişaf sahəsində 2 il iş təcrübəsi
Professional biliklər:
-Təlim və İnkişaf
-Səlis Rus dili, İngilis dili yaxşı səviyyədə
-MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
-Təqdimat bacarıqları
-Ünsiyyət bacarıqları
-Müzakirə bacarıqları
-Problem həll etmə
-Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim və İnkişaf üzrə Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 7 saat, 43 dəq
- 3 ay, 1 həftə, 5 gün, 9 saat, 36 dəq
- 6 ay, 2 həftə, 3 gün, 4 saat, 21 dəq
-
6 ay, 4 həftə, 23 saat, 52 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 7 saat, 50 dəq