KredAqro problemli kreditlər üzrə mütəxəssis axtarır (Göyçay)
İşəgötürən: NBCO KredAqro
Vakansiya: Problemli Kreditlər üzrə Mütəxəssis (Göyçay)
Son tarix: 12 iyun 2022
Əsas vəzifə və öhdəliklər:
-Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
-Problemli kreditlərin yığılması istiqamətində kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə əlaqədar təkliflərin verilməsi;
-Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
-Ali təhsil və ya orta ixtisas təhsili;
-Kredit sahəsində ən azı 2 (iki) il və ya Problemli kreditlərin yığılması sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
-Borcalanlar ilə effektiv danışıqlar və stressli hallarda işləmək bacarığı;
-Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
-Etibarlı sürücülük vəsiqəsi və şəxsi nəqliyyat vasitəsi;
-VÖEN;
-Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-Müştərilərlə davranış etikası.
İş şəraiti:
-İş yeri: Göyçay;
-İş qrafiki: sərbəst;
-Xidmət müqaviləsi üzrə rəsmiləşdirilmə;
-Danışıq xərcləri ilə təmin edilmə;
-Xidmət haqqı – mükafatlandırma sistemi əsasında hesablanır.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində (Kollektor – Göyçay) qeyd etməklə göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 4 saat, 45 dəq
- 3 ay, 1 həftə, 5 gün, 6 saat, 38 dəq
- 6 ay, 2 həftə, 3 gün, 1 saat, 23 dəq
-
6 ay, 4 həftə, 20 saat, 54 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 4 saat, 52 dəq