Ziraat Bank Azərbaycan əməliyyatçı-kassir axtarır (Bakı və Sumqayıt)
İşəgötürən: Ziraat Bank Azərbaycan
Vakansiya: əməliyyatçı-kassir (Bakı və Sumqayıt)
Son tarix: 30 iyul 2022
Vəzifəyə olan tələblər:
-Ali təhsil;
-Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi olması arzuolunandır;
-Kompüter bilikləri (MS Office, Internet);
-Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
-Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
-Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağdsız hesablaşmalar və pul köçürmələrin aparılması;
-İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
-Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
-Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi
-Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş kassirə təhvil verilməsi;
-Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kiçik əməliyyatçı-kassir” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
- 7 saat, 27 dəq
- 8 saat, 13 dəq
- 8 saat, 51 dəq
- 9 saat, 38 dəq
- 9 saat, 39 dəq