Xəzinəmed tibbi nümayəndə axtarır (Satış təmsilçisi)

İşəgötürən: Xəzinəmed
Vakansiya: Tibbi nümayəndə (Satış təmsilçisi)
Son tarix: 24 iyun 2023
XƏZİNƏMED MMC olaraq dünyaca tanınan və mərkəzi Fransada yerləşən BİODERMA, ETAT PUR, INSTITUT ESTHEDERM, PHYTO və LIERAC brendlərinin rəsmi distributoruyuq. Hər il böyüyən komandamıza aşağıdaki xüsusiyyətlərə sahib “Tibbi nümayəndə – Satış təmsilçisi” axtarırırıq:
İşin təsviri və tələblər:
-Ali təhsil (tıbbi və əczaçılıq təhsili olanlara üstünlük veriləcəkdir),
-Dermatoloq, Trixoloqlarla işləmiş və minimum 2 il iş təcrübəsi olan,
-Kompüter bacarığı olan, Microsoft Office-də sərbəst işləmə qabiliyyəti olan,
-Azərbaycan və Rus dillərini səlis danışan,
-Diqqətli, gülərüzlü, səbrli, məsuliyyətli və təşəbbüskar olmalı,
-Ehtiyac olduğu zaman səyahət edə bilən,
-Hərəkətli iş rejimində işləməyi bacaran,
-Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirə bilən,
-Şirkətə yeni həkimlər qazandıra bilən,
-Səliqəli xarici görünüşə, nəzakətli danışığa və təqdimat qabiliyyətinə malik olmalı
Vəzifələr:
-Cavabdeh olduğu Özəl klinikaları, satış mərkəzlərini- həkimlərini müntəzəm ziyarət etmək və firma məhsullarının reseptlə yazılmasını və satışını təmin etmək,
-Cavabdeh olduğu bölgələrdə məhsulların satışına nəzarət etmək,
-Həkim bazasının formalaşdırmaq və müntəzəm olaraq yeniləmək,
-Rəqib analizi aparmaq,
-İndividual fəaliyyət planını həyata keçirmək,
-Seminar və prezentasiyalar təşkil etmək və keçirmək,
-Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.
İş şərtləri:
-5 günlük iş norması (şənbə və bazar istirahət)
-İş vaxtı : 09:00 – 18:00
-Əmək haqqı : 900 -1100 Azn arası
-Avtomobil və yanacaq məsrəfi
-Seçilən namizədlər peşəkarlar tərəfindən keçirilən təlimdən sonra işlə təmin olunacaqdır.
Maraqlanan şəxslərin [email protected] mail adresinə şəkil ilə birlikdə CV göndərməkləri xahiş olunur.
Vakansiyalar
-
2 gün, 10 saat, 24 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 13 saat, 23 dəq
-
2 gün, 13 saat, 24 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 13 saat, 27 dəq
- 2 gün, 13 saat, 29 dəq