Baş əczaçı tələb olunur

Tibbi nümayəndə

zeytunaptek eczaci


İşəgötürən – Zeytun Pharmaceuticals

Vəzifə – Baş əczaçı

Vəzifə funksiyaları: 

-İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik;

-Aptekdə dərmanların və satışın iadəsinə nəzarət;

-Malların son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik;

-Aptekdə çalışan əczaçı və digər əməkdaşların keyfiyyətli xidmətlərinə və aptekə cəlb edilmiş yeni işçilərin işə qəbulu üzrə qeydiyyatına və işdən azad edilməsinə, əmək müqaviləsinə xitzm verilməsi üzrə qanunvericiliklə tələb edilən prosedurların, xitamın qeydiyyatı və sənədləşməsini aparılmasına nəzarət və birbaşa cavabdehlik daşımaq;

-Aptekin ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdan satış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək;

-Əczaçılıq qaydalarının  pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq;

-Müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət;

-Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması;

-Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət edilməsi;

-Aptekin mal qalığının tənzimlənməsi, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin verilməsi;

-Ona həvalə olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi;

-Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarətin həyata keçirilməsi;

-Dərman preparatları barədə müştərilərin dolğun məlumatlandırılması;

-Müştərinin sifarişinin vaxtında və dəqiq yerinə yetirilməsi;

Tələblər:

-Əczaçılıq üzrə tibb təhsili (Ali və ya orta ixtisas);

-Müvafiq sahədə 5 il iş təcrübəsi;

-İş şəraiti:

-İş qrafiki: 09:00-18:00 (6/7)

-Əmək haqqı: 700-800 AZN

-Əlaqə vasitəsi: (050) 253 01 52 – Whatsapp 

Maraqlanan şəxslər CV-ni email ünvanına [email protected] göndərə bilərlər. 


©️ 2022

070 231 45 70

[email protected]