Tibbi sığorta şöbəsinin mütəxəssisi tələb olunur

İşəgötürən – “Atəşgah” Sığorta Şirkəti
Vəzifə- Tibbi sığorta şöbəsinin mütəxəssisi
Namizədə tələblər
-Yaş: 23-35
-Cinsi: qadın
-İş təcrübəsi: arzuolunandır
-Tibb sahəsində təcrübə və biliklərin olması arzuolunandır
-Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)
-MS Office proqramları üzrə biliklər
Əsas vəzifə öhdəlikləri
-Yeni müştərilərin aktiv axtarışı, onlarla danışıqların və görüşlərin təşkil olunması
-Mövcud müştərilərlə iş (müqavilələrin yenilənməsi, şikayətlərin araşdırılması, təqdimatların -hazırlanması, görüşlərin aparılması, gündəlik administrativ işlərin aparılması)
-Şirkət daxili digər şöbələrlə iş birliyi
Şəxsi keyfiyyətlər
-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
-Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Əmək haqqı: 600 AZN, sınaq müddətindən sonra 700 AZN (İş təcrübəsi olan namizədlərlə əmək haqqına baxıla bilər)
Məlumatlandırıcı qeydlər
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq ’’Tibbi sığorta şöbəsinin mütəxəssisi “qeyd etmələri xahiş olunur
Vakansiyalar
- 1 ay, 2 həftə, 46 dəq
-
1 ay, 3 həftə, 4 gün, 20 saat, 17 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 4 saat, 15 dəq
- 2 ay, 3 gün, 4 saat, 5 dəq
- 2 ay, 3 gün, 4 saat, 8 dəq