VMF şirkəti marketinq meneceri axtarır

İşəgötürən: VMF
Vakansiya: Marketinq meneceri
Son tarix: 29 may 2022
İş barədə məlumat:
-Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi;
-Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
-Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
-Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
-Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
-Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
-Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
-Qiymət strategiyasının işlənib hazırlanması;
-Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
-Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;
-Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
-Məhsul və xidmətlərin inkişafına nəzarət edilməsi;
-Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi ;
-Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
-Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
-Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
-Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
-Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
-Rəhbərlik etdiyi işçilərin işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
-Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
-Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.
İş günləri: 1-6 ci günlər
Əmək haqqı namizədin bacarıqlarına görə təyin ediləcəkdir
Namizədə tələblər:
-Marketinq sahəsində ali təhsili
-25-35 yaş
-Marketinq sahəsində 3 ildən az olmayan təcrübə
-Analitik və kreativ düşünmə tərzi
-Təqdim etmə bacarığı
-Proektlər və personalı idarəetmə bacarığı və təcrübəsi
-Ünsiyyət qurmaq və danışıqlar aparmaq
-MS Office-də işləmək bacarığı
-Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları
-İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir
-Sosial Media İşlərinin həyata keçirilməsi və təşkili üzrə təcrübə
-Müştərilər üzrə Sosial media strategiyalarının hazırlanması
-Müştərilər üzrə mətnlərin hazırlanması
-Müştərilərlə əlaqə, müştəri məmnuniyyətinin təmin olunması
-Foto və video çəkilişlərin təşkili və idarə olunması bacarığı
-Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı
-Reklamların təyin edilməsi və idarə edilməsi
-Reklamların və görülən işlərin analizi bacarığı
-Google ads üzrə işləmə bacarığı
-Photoshop və dizayn proqramlarinin bilməsi
-Planlaşdırma və realizasiya bacarığı
-Məsuliyyətli və diqqətli olmaq
-Komandada işləmə bacarığı
-Kreativ düşüncə
Namizədlər CV-lərini merketinq meneceri başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 saat, 25 dəq
-
1 gün, 1 saat, 25 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 1 saat, 27 dəq
- 1 gün, 1 saat, 29 dəq
-
1 gün, 1 saat, 31 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib