Vakansiya: Təlim və inkişaf üzrə menecer tələb olunur

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Təlim və inkişaf üzrə menecer
Son tarix: 01 iyul 2022
Vəzifə öhdəlikləri:
-“MKT İK MMC” daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
-Müəyyən edilmiş təlim ehtiyacların əsasında təlim planın hazırlanması;
-Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
-İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya qurulması;
-Şirkətdaxili və xarici təlimlərin təşkil olunması;
-Sorğu anketləri vasitəsi ilə təlim proqresinin monitorinq və təhlili;
-Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsi;
-Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni təlim imkanlarının yaradılması;
-Təlimlərin idarəedilməsi sisteminin (LMS) inkişafı və yeni təlim proqramların yaradılması;
-İnsan resursları şöbə daxilində mövcud layihələrin aparılması.
Tələblər:
-Təlim və inkişaf sahəsində minimum 5 il menecer olaraq iş təcrübəsi tələb olunur;
-İngilis və rus dilinlərini əla səviyyədə bilməli;
-İnsanlarla bütün səviyyələrdə işləmək imkanı verən şəxsiyyətlərarası əlaqə bacarığı;
-Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən yazılı və şifahi ünsiyyət qabiliyyəti;
-Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
-Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı;
-Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları.
-Daxili təlim mərkəzi konsepsiyasının anlayışı;
-İR sahəsində kvalifikasiyanın olması üstünlükdür;
-Layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
-Ölkədaxili ezamiyyət etmək imkanı.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
-İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 gün, 7 saat, 4 dəq
- 2 gün, 7 saat, 7 dəq
- 3 gün, 22 dəq
- 3 gün, 1 saat, 4 dəq
- 3 gün, 1 saat, 6 dəq