Vakansiya: Satış təmsilçisi tələb olunur (Sumqayıt)
İşəgötürən: Badamlı Mineral Sular Satış Mərkəzi
Vakansiya: Satış təmsilçisi (Sumqayıt)
Son tarix: 08 avqust 2022
Namizədə tələblər:
-Minimum orta ixtisas təhsili
-Müvafiq sahədə ən az 2 il iş təcrübəsi, FMCG sahəsində olması arzu olunandır
-Yüksək səviyyədə ünsiyyət qurma, təqdimat və danışıqlar aparma bacarıqları
-Mükəmməl səviyyədə satış texnikaları üzrə bilik
-Azərbaycan dilində səlist nitq qabiliyyəti
-Şəxsi avtomobil və sürücülük vəsiqəsinin (B kateqoriya) olması vacibdir
-Sumqayıt şəhəri və ətrafını yaxşı tanımaq
-MS Office proqramlarında işləmə bacarığı
-Korporativ etikaya həssaslıq, intizamlı olma, təşəbbüskarlıq və komandada işləmə bacarığı
İş barədə məlumat:
-Şirkətin bütün məhsullarının satışının təşkil edilməsi
-Plan üzrə satış nöqtələrinin ziyarəti və məhsul sifarişlərinin götürülməsi
-Bütün məhsullar üzrə qarşıya qoyulan satış hədəflərinin yerinə yetirilməsi
-Satış nöqtələrindən ödənişlərin qəbulu və borc öhdəliklərinə nəzarət
-Yeni məhsulların satış nöqtələrinə təqdim olunması, tanıdılması
-Satış nöqtələrində Şirkət məhsullarının planoqrama və digər standartlara uyğun sərgilənməsinin təşkili və nəzarət
-Ərazisi üzrə yeni müştərilərin cəlb edilməsi
-Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə təqdim edilməsi
İş yeri: Sumqayıt şəhəri
Əmək haqqı: 450 azn + bonus; performansa görə fərdi mükafatlar da nəzərdə tutulub
Digər təminatlar: korporativ nömrə, rabitə (internet və danışıq), yanacaq və amortizasiya xərcləri
Tələblərə uyğun namizədlərdən CV-lərini “Satış təmsilçisi” başlığı altında [email protected] e-ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
16 saat, 22 dəq
Die besten lizenzierten Online Casinos in der Schweiz im Vergleich 2024
-
1 gün, 3 saat
Führende Online Gaming Plattformen mit schneller Auszahlung für Spieler in Deutschland 2024
-
1 gün, 13 saat, 45 dəq
Guide détaillé pour sélectionner le meilleur établissement de jeu en ligne canadien sécurisé
-
1 gün, 16 saat, 15 dəq
Leading Internet Gaming Sites: Top Rated Sites With Exceptional Bonuses and Gaming Variety
-
1 gün, 19 saat, 38 dəq
Online Casino mit Sofortauszahlung: Die top Anbieter für zügige Gewinnauszahlungen 2024