Vakansiya: Qəbul və qeydiyyat üzrə menecer müavini tələb olunur

Menecer

ofis meneceri


İşəgötürən: Lankaran Springs & Wellness Resort

Vakansiya: Qəbul və qeydiyyat üzrə menecer müavini

Son tarix: 01 sentyabr 2022

Ünvan: Lənkəran rayonu Haftoni qəsəbəsi

Əsas vəzifələr:

-Qonaqların gəlişlərinin qeydiyyata alınması, yoxlanması və Əməliyyat şöbəsinin bütün prinsiplərinə, proseduralarına, standartlarına  və qonaqların tələblərinin həyata keçirilməsinin təmin edilməsi kimi fəaliyyətlərini idarə edir.

-Otelin həyata keçirdiyi prinsip, prosedur və standartların inkişaf etdirilməsinə, həyata keçirilməsinə və onların yenidən nəzərdən keçirilməsində iştirak etmək.

-Əməliyyat Şöbəsinin fəaliyyətini yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün İRŞsi ilə işçiləri seçir, onları təlimatlandırır, iş rejimini təyin edir və onların fəaliyyətlərini idarə edir

-Otaqların inventarını (avadanlıqları) yoxlanması, qeydiyyatların aparılması, qrup bronların edilməsi, yüklərin yerləşdirilməsi, lüks otaqların satılmasına nəzarət etmə ilə otelin gəlirini yüksəltmək.

-İşlərin çox olduğu zaman otelin iş fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsinin təmin edilməsinə, ictimai əlaqələrin keyfiyyətli şəkildə həyata keçirilməsinə, təhsisedici tədbirlərin həyata keçirilməsinə və müştərilərin tələblərinin təmin edilməsi üçün onların şikayətlərinin dəyərləndirməsinə nəzarət edir

-4-cü səviyyədən başlayaraq 7-ci səviyyəyə qədər olan VİP qonaqları qarşılayır və onlara otaqlarına qədər müşayiət edir. Qonaqlara yüksək səviyyəli xidmət göstərir və qonaqlara oteldə qaldıqları müddət ərzində xidmətini təklif edir. 

-Lankaran Springs and Wellness Resort Prinsiplərinə müvafiq olaraq qonaqlara onların otelə gəldikləri andan oteli tərk edəcəkləri müddətə qədər yüksək səviyyəli xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə Əməliyyat Şöbəsi, Satış və Marketinq, Texniki Xidmət və Mühafizə xidməti kimi müxtəlif şöbələrinin vəzifələrini müəyyənləşdirir.

-İşçi heyətin hazırlanmasında ehtiyacın olub-olmadığını müəyyənləşdirir, təlim fəaliyyətini planlaşdırır və həmin heyətin administrativ idarənin iş fəaliyyətinin bütün bölmələr üzrə həyata keçirilməsinə nəzarət edir.

-İllik büdcənin hazırlanmasında, təlimatların komplektləşdirilməsinə və büdcə çərçivəsində fəaliyyət göstərilməsinin idarə olunmasına köməklik göstərir.

-Əməliyyat Şöbəsinin işçi heyətinə Otelin qonaqlarının tələblərinə və suallarına cavab vermələri üçün bütün fövqəladə hallar, otelin reklam fəaliyyəti, məhsul üzrə məlumatlar, VİP qonaqlar, qarşıda gələn tədbirlərini və işçilərə verilən təlimatları diqqət mərkəzində saxlayır.

-İdarəetmə və görüşlərdə iştirak etmək, hesabat və xidmət haqqında qeydlər etmək və vəzifə fəaliyyəti ilə əlaqədar olan digər spesifik vəzifələr kimi administrativ vəzifələr komplektini həyata keçirmək

-Otaqların satışı, VİP qonaqlar, qruplar, komandalar üçün otaqların müəyyənləşdirilməsi və otaqların qeydiyyatının aparılması işləri də daxil olmaqla qonaqların gəlişi və oteli tərk etmələri üzrə gündəlik iş fəaliyyətini planlaşdırır və nəzarət edir.

Tələblər:

-Bütün aspektlər üzrə mükəmməl ünsiyyət bacarıqları;

-Peşəkar və uyğun işgüzar görünüş və təqdimat; 

-Biznes və ya istirahət mehmanxanasında müqayisə edilə bilən vəzifədə 3-5 il iş təcrübəsi; 

-Əla təşkilatçılıq və inzibati bacarıqlar; 

-Mükəmməl qonaq xidməti və problemlərin həlli bacarıqları; 

-24 saatlıq əməliyyat tələblərinə cavab vermək üçün çeviklik; 

-Elektron cədvəllər və büdcə paketləri ilə hərtərəfli işləmək bacarığı; 

-problem sahələrini yaxşılaşdırmaq üçün həll yollarını təqdim etmək və düzəldici tədbirlərin həyata keçirilməsinə kömək etmək;

-Qəbul və qeydiyyat əməliyyatlarının bütün aspektləri üzrə mükəmməl bilik;

Üstünlüklər:

-Dünyaca məşhur otel brendlərinin təcrübəli komandası ilə əməkdaşlıq etmək şansı;

-Təlim və inkişaf proqramlarında iştirak etmək imkanı;

-Otellərdə və digər müvafiq mülklərdə maksimum endirim imkanları

-PMD Group rəhbərliyi altında müxtəlif sənaye müəssisələrində karyera imkanları;

-Tibbi sığorta;

-Mobil telefon və korporativ nömrə;

-Bakıdan Lənkərana transfer

-Qalmaq yeri  ilə təmin olunma .

-Qidalanma

-Tam rəsmi qeydiyyat

Maraqlanan namizədlərdən mövzu yerində Vakansiyanın adını  qeyd etməklə CV-lərini göndərmələri xahiş olunur.

Yalnız uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq. 

CV-nin göndərilməsi üçün e-mail: [email protected]


©️ 2022

070 231 45 70

[email protected]