Vakansiya: Marketinq üzrə menecer tələb olunur

İşəgötürən: Courtyard by Marriott Baku
Vakansiya: Marketinq üzrə menecer
Son tarix: 20 iyun 2022
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
Son tarix: 20 iyun 2022
İşin təsviri:
-Otelin restoran, otaq və digər obyektləri barədə məlumatlılığı artırmaq və onların nümayişini təşviq etmək məqsədilə bütün şöbələrin əməkdaşları ilə birlikdə işləmək.
-Bazar şərtlərinə və otelin ehtiyaclarına əsaslanaraq otel üçün ən yaxşı fürsətləri seçmək.
-Marketinq fəaliyyətlərinin Korporativ Marketinq Strategiyasına uyğun olmasını və zəruri olduqda Otelin Fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək.
-eCom – biznesi Restoranlara və digər əlaqəli fəaliyyətlərə daşımaq üçün təkliflər və kömək etmək məqsədilə məlumat və məzmun toplamaq üçün daxili və AHG komandası ilə yaxından əməkdaşlıq etmək.
-Rəqib otellər və digər qurumlardan olan müvafiq nümayəndələrlə güclü, peşəkar əlaqələr qurmaq, mütəmadi olaraq şöbələr üçün kommunikasiya iclasları təşkil etmək və həmin brifinq və iclasların səmərəli olmasını və zəruri hallarda keçirilməsini təmin etmək
-Aylıq proqnozlar hazırlamaq və resursları müvafiq qaydada planlaşdırmaq.
-Satış nöqtələrindəki müvafiq komandalarla birlikdə hər bir satış nöqtəsi və mağaza üçün Qida və İçki üzrə İllik Marketinq Planının əsasını təşkil edəcək illik marketinq planı hazırlamaq.
Namizədə olan tələblər:
-Ali təhsil
-İctimaiyyətlə əlaqələr, satış və marketinq və ya əlaqədar peşə sahələrində 2-3 il iş təcrübəsinə malik olmaq (otel sahəsi);
-Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
-Qonaqlama üzrə təcrübə və marketing ilə bağlı işlərin idarəolunması sistemləri üzrə praktik biliklər tələb olunur.
-İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan;
-Məsuliyyətli, təşəbbüskar olmalı, diqqətli və punktual olmaq;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Marketinq üzrə Menecer” və ya “Marketing Manager” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 20.06.2022-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 6 saat, 45 dəq
-
2 ay, 4 gün, 2 saat, 16 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 10 saat, 14 dəq
- 2 ay, 1 həftə, 5 gün, 10 saat, 4 dəq
- 2 ay, 1 həftə, 5 gün, 10 saat, 7 dəq