Vakansiya: Mağaza meneceri tələb olunur (Ev aksessuarları)

İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Mağaza Meneceri (Ev aksessuarları)
Son tarix: 30 iyul 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Mağaza Meneceri (Ev aksessuarları) tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
-Satış göstəriciləri və məhsul qalığının əsasında satınalma büdcəsini formalaşdırır
-Satış üçün məhsulları sifariş edir
-Satışların təşkili üçün nəzərdə tutulan qeyri-kommersiya xarakterli malları sifariş edir
-Satış təmsilçilərinə aylıq satış hədəflərini təyin edir
-Ümumi satış hədəfi tələblərini yerinə yetirir
-Mağaza işçilərini işə götürür
-İşçi heyətinə müvafiq “Satış Texnikası”, “Müştəri Xidmətləri” təlimlərini verir
-Yeni kolleksiyalar haqda mağaza heyətini tanış edir
-VİP satışları həyata keçirir
-Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir
-Mağazalarda müştəri xidməti tələblərinə riayət edir
-İşçilərin iş qrafiklərini hazırlayır və davamiyyəti müvafiq olaraq idarə edir
-İş prosedurlarına uyğun olaraq gündəlik işləri təşkil edir
-Autsors işlərini təşkil (dərzi,kimyəvi təmizləmə işləri və s.) edir
-Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və talama halları barədə rəhbərinə məlumat verir
-Mağazadakı nasazlıqları aşkar edir və qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görür
-Mağazada sanitariya-gigiyena, təhlükəsizlik və intizam qaydalarına riayət edir və pozuntular barədə rəhbərliyi məlumatlandırır
Əsas tələblər:
Təhsil:
-Ali təhsil arzuolunandır
Təcrübə:
-Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
-İdarəetmə sahəsində ən az 2 il təcrübə
-Sifariş etmə təcrübəsi
-Müsahibə aparmaq təcrübəsi
-Bonus sistemi ilə işləmə təcrübəsi
Professional Biliklər:
-Müştəri Xidmətləri
-Satış Texnikası
-Merçendayzinq qaydaları
-Şirkətin daxili idarəetmə proseduru
-Rus dilli mükəmməl, İngilis dili orta səviyyədə
-MS Office Proqramlarını mükəmməl bilmək
Professional Bacarıqlar və Kompetensiyalar:
-İdarəetmə bacarığı
-Liderlik
-Təşkilatçılıq
-Satış bacarıqları
-Müsahibə aparmaq bacarığı
-Təlim keçmə bacarığı
-Ünsiyyət bacarıqları
-Zamanın idarəolunması
-Problem həll etmə
-Stressə davamlılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 2 həftə, 58 dəq
-
1 ay, 3 həftə, 4 gün, 20 saat, 29 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 4 saat, 27 dəq
- 2 ay, 3 gün, 4 saat, 17 dəq
- 2 ay, 3 gün, 4 saat, 20 dəq