Vakansiya: Logistika üzrə menecer tələb olunur
İşəgötürən: NBA Technologies International LLC
Vakansiya: Logistika üzrə menecer
Son tarix: 29 may 2022
Tələblər:
-Ali təhsil
-Azərbaycan dilini səlis, İngilis və Rus dillərini bilməli
-Microsoft Office (Outlook, MS Excel, World) – istifadəçi səviyyəsi
-Analiz, problemlərin həlli və qərarvermə
-Dəqiqlik və təfsilatlara yönümlülük
-İnkişafa yönümlülük
-Logistika sahəsində minimum 1 il iş təcrübəsi
-Xanım namizədlərə üstünlük verilir
Vəzifə öhdəlikləri:
-Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması)
-Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi
-Yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim edilməsi
-Alınmış malların qeydiyyatının aparılması
-Beynəlxalq yük daşınmalarını yüksək səviyyədə təmin etmək
-Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
-Nəqliyyatın planlaşdırılması və sifarişi
-Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
-Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
-Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
Əlavə məlumat:
-5 günlük iş qrafiki
-Əmək haqqı: (müsahibə nəticəsində müəyyən olunur)
-İş yeri: Bakı şəhəri; Xətai rayonu; Babək Plaza
-İş saatı: 09:00-18:00;
Zəhmət olmasa CV – nizi fotoşəkili ilə [email protected] elektron poçt ünvanına “Logistika üzrə menecer” yazın. Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə aparılacaq.
Vakansiyalar
- 1 həftə, 22 saat, 14 dəq
- 2 həftə, 2 gün, 2 saat, 39 dəq
- 1 ay, 1 həftə, 5 gün, 11 saat, 47 dəq
- 1 ay, 1 həftə, 5 gün, 15 saat, 49 dəq
-
1 ay, 1 həftə, 5 gün, 15 saat, 50 dəq
In diretta casino: funzionamento, sicurezza e possibilità di guadagno sul web