Vakansiya: Baş aşpaz tələb olunur
İşəgötürən: Lankaran Springs & Wellness Resort
Vakansiya: Baş aşpaz
Son tarix: 02 oktyabr 2022
Ünvan: Lənkəran rayonu Haftoni qəsəbəsi.
Əsas vəzifələr:
-Otelin fəaliyyəti, bazar və arzu edilən biznes hədəfləri üçün müvafiq olan menyuların işlənib hazırlanması.
-Otelin daxili əməliyyatlara dair təlimatlarının tərtib edilməsi və yenilənməsini təmin etmək.
-Mətbəxdə bütün müxtəlif vəzifələr üzrə biliklərə malik olmaq, mətbəxlə bağlı mütəmadi təlimlər keçirmək.
-Hesabat görüşləri və iş növbəsindən əvvəl iclaslar keçirmək, onların effektiv olması və zəruri hallarda keçirilməsini təmin etmək.
-Plana uyğun olaraq, həftəlik Restoran xidməti və şöbə rəhbərlərinin iclaslarında iştirak etmək.
-İşçilər arasında ünsiyyəti müsbət qurmaq, eyni zamanda elan lövhələri, qeydiyyat jurnalları, təhvil-təslim hesabatları və s. aparılmasında və istifadə edilməsini təmin etmək.
-Otel restoranlarının menyularını hazırlamaq, təsdiqlənmiş menyuya əsasən yeməklərin hazırlanmasına nəzarət etmək
-Hazırlanmış yeməklərin keyfiyyətini təmin etmək
-Bazar siyahısının hazırlamaq
-Gündəlik dükan sifarişlərini hazırlamaq
-Qəlyanaltı və soyuduculara gündəlik nəzarət
-Mövcud olan avadanlıqları təmiz saxlamaq və onlara qulluq etmək
-Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
-Standart reseptlərin işlənib hazırlanması, yazılması, sınaqdan keçirilməsi, yenilənməsi və yerinə yetirilməsini təmin etmək.
Tələblər:
-Mükəmməl ünsiyyət bacarıqları;
-Peşəkar və uyğun işgüzar görünüş və təqdimat;
-Biznes və ya istirahət mehmanxanasında müqayisə edilə bilən vəzifədə minimum 3-5 il iş təcrübəsi;
-Xərcləri analiz etmə;
-Komanda qurma və idarəetmə
-Planlaşdırma və təşkilatçılıq;
-problem sahələrini yaxşılaşdırmaq üçün həll yollarını təqdim etmək və düzəldici tədbirlərin həyata keçirilməsinə kömək etmək;
Üstünlüklər:
-Dünyaca məşhur otel brendlərinin təcrübəli komandası ilə əməkdaşlıq etmək şansı;
-Təlim və inkişaf proqramlarında iştirak etmək imkanı;
-Otellərdə və digər müvafiq mülklərdə endirim imkanları
-Tibbi sığorta;
-Mobil telefon və korporativ nömrə;
-Bakıdan Lənkərana transfer
-Qalmaq yeri ilə təmin olunma .
-Qidalanma
Maraqlanan namizədlərdən mövzu yerində Vakansiyanın adını qeyd etməklə CV-lərini göndərmələri xahiş olunur.
Yalnız uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 12 saat, 52 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 47 dəq
- 7 ay, 2 həftə, 5 gün, 15 saat, 40 dəq
- 10 ay, 3 həftə, 3 gün, 10 saat, 25 dəq
-
11 ay, 5 gün, 5 saat, 56 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır