Vakansiya: Baş aşpaz axtarır
İşəgötürən: River INN Resort and SPA
Vakansiya: Baş aşpaz
Son tarix: 14 oktyabr 2022
Nəyi bilməlidir:
-Qida Təhlükəsizlik Qaydalarını;
-Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini;
-Azərbaycan dili və Rus dili (İngilis dili arzuolunandır);
-Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını.
Nəyi bacarmalıdır:
-Davranış və ünsiyyət;
-Təhliletmə və qərarvermə;
-Məsuliyyəti üzərinə götürmə;
-Detallara diqqət yetirmə;
-Çeviklik;
Xüsusi tələblər:
-Uyğun sahə üzrə təhsil;
-Yaş həddi: 30-50 yaş;
-Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
Gözlənilən davranışlar:
-Nizam-intizamlı;
-Nəticəyönümlü;
-Tələbetmə və yönləndirmə bacarığı;
-Komandada işləmə və düzgün idarəetmə.
-Gigiyenik qaydalara nəzarət etmə;
İş şəraiti:
-İş qrafiki: 5 günlük;
-AR ƏM -nə müvafiq sənədləşmə;
-Korporativ nömrə və lojman ilə təmin edilmə;
-Ünvan: Xaçmaz rayonu, Nabran kəndi “River INN Resort & SPA” mehmanxanası
Vəzifə öhdəliyi:
-Şirkətin keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli və tətbiq etməli;
-Bufetin hazırlanması, yenilənməsi və təmizlənməsi proseslərinə yardım etmək;
-Bufetin xidmət göstərdiyi saatlarda əskilən məsulların yenidən doldurulmasını təmin etmək;
-Qida təhlükəsizliyi mövzusuna aid hər hansı bir problemi həll etmək və qeydiyyatını aparmaq;
-Məhsulların qəbulu və anbarda saxlanılmasına nəzarət etmək;
-Mehmanxananın yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək;
-Xüsusi yeməklərin hazırlanması metodları və tərkibi ilə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün qədər çevik olmaq;
-Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək;
-Aşpaz köməkçilərinin və texniki təmizlik işçilərinin standartlara uyğun çalışıb-çalışmadığına nəzarət etmək;
-Mətbəxdə olan ləvazimatların istifadəsi zamanı diqqətli olmaq və bu barədə işçilərə məlumat vermək;
-İstifadə olunan məhsullara nəzarət etmək və lazım olduğu zaman yeni məhsullar sifariş etmək;
-Mətbəxdə olan bütün ərazilərin təmizliyinə və işçilərin uniformalarının səliqəli və gigiyenik olub-olmamasına nəzarət etməlidir;
-Hər hansı bir problem və ya nöqsanla qarşılaşdığında bu barədə aşpazlara məlumat vermək və məsələnin qısa zamanda aradan qaldırılmasını təmin etmək;
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Baş aşpaz” qeyd etməklə [email protected] mailə göndərə bilərlər.
Vakansiyalar
-
2 gün, 12 saat, 36 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 11 saat, 28 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 12 saat, 2 dəq
- 5 gün, 6 saat, 8 dəq
- 6 gün, 1 saat, 22 dəq