TP Logistics mühasib köməkçisi axtarır

Köməkçi/Assistent


İşəgötürən: TP Logistics

Vakansiya: Mühasib köməkçisi

Son tarix: 06 oktyabr 2022

Vəzifə öhdəlikləri:

-Mühasibat uçotunun aparılması;

-Mühasibat sənədlərinin tərtib edilməsi;

-Bank əməliyyatlarının həyata keçirilməsi;

-E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunması və göndərilməsi;

-Office proqramlarını ilə işləmə bacarığı (Word, Excel)

-Məntiqi və riyazi bilik

-Şöbəyə daxil olan sorğuları dərhal cavablandırmaq.

Namizədə tələblər:

-Təhsil: Ali/orta ixtisas təhsili (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);

-İş təcrübəsi: Minimum 2 il (İstehsalat, satış); 

-Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli; 

-Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı; 

-Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, 1 C proqramı ilə işləmə bacarığı. Vergi saytında online E-qaimə, EVHF kəsmək bacarığı

-Kargüzarlıq işlərini bilmək

-Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı

-Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində danışıq, yazmaq və oxumaq qabilliyyəti

-Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır; 

-Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətli icra etmək.

İş vaxtı: həftə içi 5 gün, saat 10:00-19:00. Şənbə və bazar qeyri-iş günləri;

Əməkhaqqı:ilkin olaraq 500 AZN. Növbəti aylarda artım gözlənilir.

25-55 yaş aralığı xanım namizədlərin müraciət etməsi  xahiş olunur; 

Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissesine ”Muhasib komekcisi” yazaraq göndərə bilərlər.

Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küç.44, Caspian Plaza.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]