“TP Logistics” marketing meneceri axtarır

İşəgötürən: TP Logistics
Vakansiya: Marketing Manager
Son tarix: 12 sentyabr 2022
Namizədin vəzifəsi:
-Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil etmək;
-Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
-Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
-Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
-PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
-Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
-Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
-Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
-Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
-Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
-Marketinq planının və layihələrinin məhsuldarlığının idarə edilməsi;
-Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi.
Tələblər:
-Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr təhsilinin olması;
-Marketinq meneceri vəzifəsində minimum 2 il iş təcrübəsinin olması;
-Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
-Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
-Yüksək səviyyədə kompüter bilgiləri;
-Rus və ingilis dillərini sərbəst bilməli;
-Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
-Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.
İş şərtləri:
-5 günlük iş qrafiki.
-İş yeri:Cefer Cabbarli 44 Caspian Plaza 3cu korpus 6ci mertebe.
-Elaqe nomreleri:050 346 06 89 012 310 35 80.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] mail unvanina mövzu hissəsinə ”Marketing manager” yazaraq göndərə bilərlər.
Vakansiyalar
-
2 gün, 3 saat, 28 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 27 dəq
-
2 gün, 6 saat, 28 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 31 dəq
- 2 gün, 6 saat, 33 dəq