Tanınmış mağazaya əməliyyat meneceri tələb olunur

İşəgötürən: Baku Electronics
Vakansiya: Mağaza əməliyyat meneceri (Bakı, Şəmkir, Gəncə, Lənkəran və İsmayıllı)
Son tarix: 25 aprel 2022
Xüsusi tələblər:
-Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
-Azərbaycan dilini əla səviyyədə bilmək (rus dilini bilmək arzuolunandır);
-Operativlik və gərgin iş rejimində işləmək bacarığı;
-MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
-Analitik düşüncə və təhlil bacarığı;
-Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
-Problemləri effektiv şəkildə həll etmək;
-Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Vəzifə öhdəlikləri:
-Şirkət tərəfindən tətbiq edilən satış siyasətinə əsasən mağazada bütün növ əməliyyatların icrasına nəzarət etmək;
-Anbar və xəzinə ilə əlaqəli bütün növ əməliyyatların hesabatlarını təmin etmək və müvafiq şəxsləri məlumatlandırmaq;
-Mağaza üzrə çox satılan və ya az satılan məhsul növlərinin təhlilini aparmaq və ümumi müştəri tələbləri əsasında stokların daim yenilənməsini təmin etmək;
-Satışların artırılması və əmliyyatlarla bağlı xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə təkliflər vermək;
-Mağaza üzrə müştəri bazasının inkişafı və keyfiyyət dinamikası üçün nəzərdə tutulan aylıq hesabatları hazırlamaq və təqdim etmək;
-Mağazada anbar və xəzinə ilə bağlı gündəlik yoxlamaları həyata keçirmək;
-İş gününün əvvəlində işin planlaşdırılması, keçmiş gündən çıxarılan nəticələr və tövsiyyələr üzərində təşkilatı məsələlər üzrə qısa müddətli iclaslar həyata keçirmək;
-Mağazalarda icra edilən bütün növ əməliyyatların gündəlik hesabatlarını təqdim etmək;
-Tabeçiliyində olan işçilərin işini koordinasiya etmək;
-Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza əməliyyat meneceri” və uyğun olan bölgəni (Bakı, Şəmkir, Gəncə, Lənkəran, İsmayıllı) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 5 saat, 34 dəq
- 5 saat, 39 dəq
- 5 saat, 42 dəq
- 5 saat, 46 dəq
- 5 saat, 53 dəq