“STP Polymer” satış nümayəndəsi axtarır
“STP Polymer” MMC satış nümayəndəsi vakansiyası elan edir.
Tələblər:
– Ali təhsilli;
– Müvafiq sahədə 3 – 5 il iş təcrübəsinə sahib;
– Boru və ya sənaye sahəsində təcrübəsi olan;
– Ümumi satış texnikalarını, kommersiya hüququnu, satış-marketinq strategiyalarını və satışın idarə edilməsi bacarığına sahib;
– Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik;
– Microsoft Office proqramlarını bilməli;
– Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus dili bilgisi üstünlükdür);
– Təqdimat və təsiretmə bacarığına malik olmalıdır.
Hansı işləri görəcəksiniz :
– Yerli bazarda yeni müştərilərin bazasının yaradılması və mövcud portfelin inkişaf etdirilməsi;
– Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq məhsulların təklif edilməsi;
– Görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
– Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
– Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
– Verilmiş sifarişin müştərinin tələb etdiyi şərtlərə uyğun həyata keçirilməsinin yoxlanılması;
– Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişlərin həyata keçirməsinə nəzarət edilməsi;
– Bakı şəhəri və bölgələri üzrə müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatını həyata keçirmək;
– Müştəri debitor borclarının idarə edilməsi;
– Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərə verilməsi.
Nə əldə edəcəksiniz ?
– Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
– Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
– Rəqabətə davamlı əmək haqqı və satış nəticələrinə müvafiq olaraq bonus;
– Davamlı karyera imkanı;
Əlavə məlumatlar :
– Şirkət tərəfindən nahar və nəqliyyatla təminat;
– Tibbi sığorta mövcuddur;
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
– İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
– Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış nümayəndəsi” yazaraq, 30 sentyabr 2022 – ci il tarixinədək, [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Vakansiyalar
-
23 saat, 13 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 5 saat, 2 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 3 saat, 54 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 4 saat, 28 dəq
- 6 gün, 22 saat, 34 dəq