SMM Menecer axtarılır

İşəgötürən – FİL Agency MMC
Vəzifə öhdəlikləri:
Məhsul və ya xidmətlər üçün aylıq post-plan və məzmun (kontent) planın hazırlanması
Hazırlanmış post plan üzrə qrafikə uyğun düzgün şəkildə paylaşımların icrası
Müştərilərdən dolğun brifin alınması və kreativ komandaya briflərin tam və dolğun şəkildə ötürülməsi
Aylıq post plan və reklam hesabatının hazırlanması
Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq.
Sosial media reklamları və büdcəsinin idarə edilməsi
Məhsul və xidmətlər üçün sosial media kampaniyalarının ideyası və keçirilməsində yaxından iştirak
Rəqiblərin və ümumi bazarın təhlili və təkliflərin hazırlanması
Tələblər:
SMM sahəsində minimal 1 il iş təcrübəsi
Ads manager və business managerlə iş təcrübəsi
Sosial media reklamları üzrə düzgün, effektiv hədəf kütləsinin müəyyən edilməsi (targeting)
Rəqəmsal marketinq sahəsində kifayət edəcək səviyyədə biliklərin olması, yeni trendləri daim izləmək
Komanda və müştəri ilə effektiv ünsiyyət qurma bacarığı
Azərbaycan dilində qrammatik yazı bacarığı
Kontent yaratma bacarığının olması ciddi üstünlükdür
Rus-dili biliyi ciddi üstünlük, ingilis dili arzuediləndir.
Təşəbbüskarlıq, puntuallıq, kreativlik və dürüstlük
Korporativ ünsiyyət və yazışma qaydalarından xəbərdar olma
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək, şənbə günü 10:00-14:00 (ayda 2 dəfə)
Əmək haqqı – 500 AZN
Qeyd: Daim öz üzərində çalışan, bilik və bacarıqlarını mütəmadi artıran, sektorun yeniliklərini izləyən və inkişaf etmək niyyətində olan namizədlər üçün qısa müddətdə karyera yüksəlişi imkanı mövcuddur.
ADRES: [email protected]
Vakansiyalar
- 1 gün, 18 saat, 8 dəq
- 5 gün, 17 saat, 58 dəq
- 5 gün, 18 saat, 1 dəq
- 6 gün, 11 saat, 16 dəq
- 6 gün, 11 saat, 58 dəq