Şirkətə “Təchizat zəncirində biznesin inkifaşı üzrə menecer” tələb olunur
![bravo](https://avand.marja.az/wp-content/uploads/2022/04/bravo-azerbaijan-supermarket.jpg)
“Azərbaycan Supermarket” MMC Lökbatanda yerləşən Paylama Mərkəzinə Təchizat zəncirində biznesin inkifaşı üzrə menecer axtarır.
Aşağıda qeyd edilən tələblərə cavab verən namizədlər vakansiya üzrə müraciətlərini göndərə bilər:
Vəzifə öhdəlikləri:
– Təchizat zəncirində olan bütün sistemlərin araşdırılması, qurulması, təkmilləşdirilməsi (Anbar İdarəetmə Sistemi , Nəqliyyat İdarəetmə Sistemi, Ərazi İdarəetmə Sistemi);
– Elektron təhlükəsizlik sistemlərinin qurulması və təkmilləşdirilməsi;
– Anbar Proseslərinin analiz edilməsi, yalnış proseslərə uyğun həll yolunun təklif edilməsi;
– Qərarı alınan yeni proseslərin tətbiqinin planlaşdırılması, təşkili və nəzarəti;
– Anbar sistemində olan problemlərin aşkarlanması və həllinin təşkili;
– Anbar sisteminin qurulması və təkmilləşdirilməsi;
– Nəqliyyat proseslərinin analiz edilməsi və yaranan problemlərin həll edilməsi.
Namizədə dair tələblər:
– Maliyyə, təchizat zənciri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
– Təchizat zənciri sahələrində 5 ildən artıq iş təcrübəsi;
– Təchizat zəncirinin idarə edilməsi haqqında biliklərə sahib olmaq;
– Təchizatçılar və müştərilərlə əlaqələrin inkişaf etdirilməsində və saxlanılmasında güclü təcrübəyə malik olmaq;
– Mükəmməl təqdimat bacarıqları;
-Əla şifahi və yazılı ünsiyyət bacarıqları;
– Əla analitik və problemləri həll etmə bacarıqları;
-Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət qurma bacarığı (yazılı və şifahi);
– Çeviklik və sürətlə dəyişən mühitdə işləmək bacarığı.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Təchizat zəncirində biznesin inkifaşı üzrə menecer” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 ay, 1 gün, 16 saat, 28 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 17 saat, 23 dəq
- 6 ay, 3 gün, 19 saat, 16 dəq
- 9 ay, 1 həftə, 1 gün, 14 saat, 1 dəq
-
9 ay, 2 həftə, 6 gün, 9 saat, 32 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır