Şirkətə ofis meneceri tələb olunur

Menecer


İşəgötürən – Maqro Construction Azerbaijan

Vəzifə – Ofis meneceri

Vəzifə üzrə öhdəliklər:

-Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;

-Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;

-E-mail və yazışmaları həyata keçirmək, ümumi emailə gələn məktubları cavablandırmaq;

-Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi);

-Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək (kargüzarlıq işlərini aparmaq);

-Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq şöbəyə yönləndirmək;

-Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə  və düzgün alınmasına nəzarət etmək;

-İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək;

-Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.

Tələblər:

-Ali təhsil üstünlükdür;

-Müvafiq sahədə iş təcrübəsi;

-Sənədləşdirmə və yazışma işlərini bacarmalı;

-Dil bilikləri: Azərbaycan dili (İngilis dili arzuolunandır);

-Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook;

-Ofis avadanlıqları ilə işləmək bacarığı;

-Səliqəli , xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.

İş şəraiti:

-İş qrafiki: həftədə 5 gün, saat 09:00-18:00

-Əmək haqqı: 600 AZN

-Nahar şirkət tərəfindən təmin edilir

Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına [email protected] mövzu hissəsində “Ofis menecer” qeyd edərək göndərə bilərlər.

Maqro Qrup olaraq biz Gürcüstanda inşaat və inkişaf, otel və yaşayış, mebel istehsalı, pərakəndə satış və qida sektorlarında fəaliyyət göstərən beş ən böyük xarici investorlardan biridir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]