Şirkət satış üzrə assistent axtarır
İşəgötürən: PASHA Insurance
Vakansiya: Satış üzrə assistent (Xaçmaz nümayəndəliyi)
Son tarix: 07 may 2022
Vəzifə və öhdəliklər:
-Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
-Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
-Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
-Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
-Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
-Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
-Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi
Biliklər:
-Ali təhsil – Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
-Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək
Təcrübə:
-Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir
Bacarıqlar:
-Ünsiyyət qurmaq bacarığı
-Dəqiqlik
-Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
-Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
-Komanda ilə işləmək bacarığı
-Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
Son müraciət tarixi: 07 may 2022.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 22 saat, 23 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 22 saat, 57 dəq
- 2 gün, 17 saat, 3 dəq
- 3 gün, 12 saat, 17 dəq
- 4 gün, 4 saat, 2 dəq