Şirkət korporativ satış üzrə menecer axtarır

İşəgötürən: Askona
Vakansiya: Korporativ satış üzrə menecer
Son tarix: 28 aprel 2022
Namizəd üçün tələblər:
-Təhsil: Orta ixtisas təhsili və ya ali təhsil
-Təcrübə: Eyni vəzifədə ən azı 4 il iş təcrübəsi (mebel sahəsində müvafiq təcrübə mütləqdir)
-Yaş: 28-50
-Dil bilikləri: Rus dili mütləq tələb olunur, ingilis dili arzuolunandır (Müəssisə rəhbərliyinin Rus milliyəti olmasını və Müəssisənin Baş ofisinin xaricdə yerləşməsini nəzərə alaraq)
-Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
Vəzifələr:
-Bakıda və Azərbaycanın regionlarında topdan satışın qurulması, müştəri bazasının formalaşdırılması;
-Matras, çarpayı və yuxu məhsullarının topdan satışı üzrə danışıqların aparılması, müqavilələrin bağlanması;
-Bağlanmış müqavilələrin tələblərinin vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət, müqavilənin icrasının bütün mərhələlərində Sifarişçi ilə qarşılıqlı əlaqə (bütün yaranan problemlərin həlli);
-İstehlak bazarının öyrənilməsində, istehlakçılarla kommersiya əlaqələrinin formalaşmasında və genişləndirilməsində, istehlakçıların tələb və tələblərinin ödənilmə dərəcəsinin, məhsulların istehsalı və satışı üzrə uzunmüddətli və illik planların layihələrinin hazırlanmasında, satış proqnozlarının hazırlanmasında iştirak;
-Görülən işlərin qeydinin aparılması
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq
Məhsulla tanış ola biləcəyiniz sayt: https://www.askona.ru/
Partnyorlar üçün çeşidi görə biləcəyiniz sayt https://lnkd.in/d-Dxtvmi (franchise üçün, lakin bu gələn il üçün)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] məktubun mövzu hissəsində “Korporativ satış üzrə menecer” adını qeyd etməklə göndərmələri xahiş olunur.
Vakansiyalar
-
11 saat, 8 dəq
Bank Respublika ASC qeyri-kredit sahəsi üzrə auditor axtarır
- 11 saat, 10 dəq
- 11 saat, 12 dəq
- 11 saat, 14 dəq
- 11 saat, 16 dəq