Şərab istehsalçısına Brend menecer (içki sahəsi üzrə) tələb olunur

Menecer


İş elanını dərc edən: A+Co ASC (“Xırdalan Şərab”)
Vakansiya: Brend Menecer (içki sahəsi üzrə)
Son tarix: 08 mart 2023
Ümumi tələblər:
- Marketing, Maliyyə,Menecment üzrə ali təhsil;
- Göstərilən vəzifə üzrə ən azı 2 il iş təcrübəsi. (içki sahəsi üzrə ) arzu olunandır.
- Qida sektorunda (FMCG) iş təcrübəsi müləqdir.
- Rus və ingilis dil bilikləri orta səviyyədə.
- Yaş həddi: 25-35 yaş arası.
Vəzifəyə dair tələblər:
- İllik marketing planının, marketing strategiyasının müəyyən edilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
- Bazar, rəqib və ümumi marketinq araşdırmasının keçirilməsi, nəticələrə əsaslanaraq təkliflərin hazırlanması;
- Qiymət araşdırması və qiymət analizinin edilməsi, məhsulların bazar qiymətinin müəyyənləşdirilməsi;
- Yeni məhsulların yaradılması, məhsul portfelinin optimizasiyası və genişləndirilməsi;
- İllik satış proqnozlarnın verilməsi, aylıq satışların izlənməsi və korrektəsi;
- Müxtəlif marketinq kommunikasiyaları üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
- Brendlə bağlı bütün istiqamətlərin (satış, istehsal, satınalma və marketinq) koordinasiya edilməsi
İş səraiti:
- İş yeri: Xırdalan şəhəri.
- 5/7 iş qrafiki.
- Əmək haqqı - namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən olunacaqdır.
- Nahar Şirkət tərəfindən təmin olunur ;
- 20 yanvar stansiyasından servis xidməti ilə təmin olunur
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Brend menecer" yazaraq [email protected] adresinə  göndərilməsi
 xahiş olunur.

Şirkət haqqında
2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” (A+Co ASC) bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.

2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.

2010-cu ilədək ölkə bazarında özünə layiqli yer tutmuş “Xırdalan Şərab” zamanla konyak və şərabları ilə xarici bazarlara da uğurla daxil olmuşdur. Belə ki, həmin ildən şirkətin istehsal etdiyi şərablar və konyaklar Çin Xalq Respublikası və Rusiya Federesiyası bazarlarında təmsil olunmağa başlamış və qısa bir vaxt ərzində alıcıların rəğbətini qazanmışdır.

İstifadə olunan texnologiyalar:

Şirkətin Şamaxıda yerləşən ilkin emal zavodunda Şamaxı, İsmayıllı və Qəbələdə yetişdirilmiş “Kaberne-Sovinyon”, “Kaberne-Merlo” və “Mədrəsə” üzüm növlərindən hazırlanmış şərab sonrakı istehsal üçün Xırdalandakı zavoda göndərilir.

İçkilərin hazırlanmasında ən müasir texnoloji üsullar tətbiq olunur. İstifadə olunan şollar suyu müasir İtaliya avadanlıqlarında osmos üsulu ilə bütün zəruri sanitar-gigiyenik şərtlərə ciddi riayət etməklə təmizlənir.

Araq istehsalında istifadə olunan spirt yüksək keyfiyyətli buğda unundan hazırlanır.

“Xırdalan Şərab”ın istehsal etdiyi bütün içkilərin şüşə qabları Fransa, Moldova və Ukraynadan gətirilir.

Şərab və konyak şüşələrinin ağac tıxacları İtaliya, Portuqaliya və Fransadan üzərində “Xırdalan Şərab”ın öz loqosu ilə alınır. Bu isə saxtakarlıq ehtimalını sıfıra endirir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]