Satış meneceri tələb olunur
![](https://avand.marja.az/wp-content/uploads/2022/04/markamenecer.png)
İşəgötürən – Best Bearings Company
İş haqqında məlumat:
Müştərilərlə əməkdaşlıqda şirkəti yüksək səviyyədə təmsil etmək;
Müştərilərə, məhsulların keyfiyyəti, texniki göstəriciləri, digər fərqləndirici xüsusiyyətləri barədə dolğun və ətraflı məlumatlar vermək;
Öhdəliyində olan müştəri bazasını təkminləşdirmək, potensial müştəriləri müəyyən etmək, yeni müştəriləri əməkdaşlığa cəlb etmək, plana uyğun olaraq onları ziyarət etmək və ehtiyaclarını müəyyənləşdirmək;
Şirkətin korporativ satış strategiyasının effektliyinin artırılması məqsədilə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
Təhkim olunmuş müştərilər üzrə borc qalıqlarına və müştərilər tərəfindən ödənişlərin vaxtında ödənilməsinə nəzarət etmək;
Şirkət strategiyasına uyğun olaraq təyin olunmuş satış hədəflərini yerinə yetirmək;
Tələblər:
Ali təhsil (texniki və mühəndislik ixtisası arzu olunandır)
Azərbaycan dili (səlis), Rus dili (orta), İngilis dili (orta)
Aktiv satış bacarığı;
Kompüterdən istifadə bacarığı;
Korporativ yazışma bacarığı;
Ünsiyyət qurmaq və təqdimat bacarığına malik olmaq;
Komanda ilə işləmə bacarığı;
Satış sahəsi üzrə minimum 1 il iş təcrübəsinə malik olmaq;
Şəxsi avtomobil (arzu olunandır);
Sürücülük vəsiqəsi;
İş saatı: 09:00 – 18:00.
bestbearings.az saytına daxil olaraq şirkət və şirkətin satdığı məhsullar haqqında məlumat əldə edə bilərsiniz. Təqdim olunan məhsulları sata biləcək tələblərə uyğun namizədlər müraciət etsin.
Tələblərə cavab verən şəxslər CV-ni mövzu yerinə Satış meneceri yazaraq göndərə bilərlər.
Qeyd: Yalnız [email protected] e-mail ünvanına gələn CV-lərə baxılacaq.
Vakansiyalar
-
1 ay, 1 gün, 19 saat, 55 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 20 saat, 50 dəq
- 6 ay, 3 gün, 22 saat, 43 dəq
- 9 ay, 1 həftə, 1 gün, 17 saat, 28 dəq
-
9 ay, 2 həftə, 6 gün, 12 saat, 59 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır