Satış məsləhətçisi tələb olunur – (bəy namizəd)

İşəgötürən – OMİD Mağazalar şəbəkəsi
Xırdalan, Masazır, Xutor, Nərimanov, Ə.Rəcəbli, Dərnəgül, Koroğlu, 28 may, Şərq bazarı əraziləri üzrə.
Əmək haqqı 400-500 manat
İş barədə məlumat:
Mağazanın satış işini təmin etməlidir;
Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
Mağazanın forma geyim tələblərinə riayət etməlidir.
Namizədə tələblər:
18-30 yaşı;
Bəsit riyazi biliklərin olması vacibdir;
Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir);
Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
Əmək Şəraiti:
Əmək haqqı: 400-500 AZN;
İş rejimi: Həftənin 6 günü;
Nahar şirkət tərəfindən təmin olunur, bonus və əlavə imtiyazlar da mövcuddur.
Xırdalan, Masazır, Xutor, Nərimanov, Ə.Rəcəbli, Dərnəgül, Koroğlu, 28 may, Şərq bazarı ərazilərində yaşayan bəy namizədlər CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 055-500-91-00
Vakansiyalar
- 1 ay, 2 həftə, 4 saat, 10 dəq
-
1 ay, 3 həftə, 4 gün, 23 saat, 41 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 7 saat, 39 dəq
- 2 ay, 3 gün, 7 saat, 29 dəq
- 2 ay, 3 gün, 7 saat, 32 dəq