Satış məsləhətçisi tələb olunur
İşəgötürən – Baku City Residence
Namizədə tələblər:
Daşınmaz əmlak satışı sahəsində minimum 1 il iş təcrübəsi;
Ali təhsil (Satış, marketinq və ya oxşar ixtisaslar üzrə);
Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (sərbəst), İngilis dili (arzuolunandır);
MS Office proqramlarını ( Word, Excel, Outlook) və ofis avadanlıqlarından istifadəni bilməli;
Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;
Biznes etikası və biznes görünüşə sahib olmalı;
Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qurmaq qabiliyyəti;
Analitik düşünmə qabiliyyəti;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirməyə həvəsli olmalı;
Satış məsləhətçisi və ya oxşar vəzifə kimi 2-3 il iş təcrübəsi.
İş barədə məlumat:
Müştərilərlə danışıqların aparılması və yeni müqavilələrin bağlanması;
Müştərilərin tələb və istəklərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallarını geniş şəkildə cavablandırmaq;
Satış aksiyaları və kampaniyalar barədə müştəriləri məlumatlandırmaq;
Mövcud müştərilərlə işlərin planlaşdırılması – alqı-satqı əməliyyatlarının aparılması, şirkət adından müqavilələrin bağlanması;
Müəyyən edilmiş satış hədəflərini razılaşdırılmış müddətlərdə qarşılamaq;
Müştəri problemlərini həll etmək və onların ehtiyaclarını ödəmək üçün səy göstərmək və digər şöbələrlə sıx əməkdaşlıq etmək;
Müştəri ehtiyacları, problemləri, maraqları, yeni xidmətlər/məhsullar barədə təkliflər haqqında birbaşa rəhbərə hesabat təqdim etmək;
Əməkdaşlığı təmin etmək üçün marketinq komandası ilə işləmək, daşınmaz əmlakla bağlı konfranslarda, tədbirlərdə və s. iştirak etmək;
Gündəlik, aylıq, illik hesabatları rəhbərliyə təqdim etmək.
Müştərilərə şirkətin bundan öncəki, hazırda və gələcəkdə inşa ediləcək layihələr barəsində ətraflı məlumatın verilməsi.
Namizədlərdən şəkilli CV-lərini yuxarıda qeyd olunan [email protected] e-mail ünvanına göndərmələrini xahiş edirik.
Vakansiyalar
-
1 gün, 12 saat, 9 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 17 saat, 58 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 16 saat, 50 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 17 saat, 24 dəq
- 1 həftə, 11 saat, 30 dəq