Safe Express satış təmsilçisi axtarır
İşəgötürən: Safe Express
Vakansiya: Satış təmsilçisi
Son tarix: 06 avqust 2022
Vəzifə tələbləri:
-Vakansiya xanım namizədlər üçün nəzərdə tutulub.
-Minimum 1 il iş təcrübəsi.
-Azərbaycan və Rus dilində sərbəst danışmaq qabiliyyəti.
-Yüksək danışıq və ünsiyyət qurmaq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı.
-Onlayn alış-veriş barədə anlayışlı olmaq (özü istifadə etmiş və ya bu sahədə işləmiş).
Vəzifə öhdəlikləri:
-Müəyyən edillmiş ərazilər üzrə potensial müştəriləri müəyyən etmək, onların ünvanlarına gedib görüşlər keçirmək.
-Görüşlər zamanı müştəri ilə rahat ünsiyyət qurmaq, peşəkar təqdimetmə və inandırma bacarığı.
-Müştəriyə xidmət haqqında dolğun, ətraflı məlumat vermək, sualların cavablandırılması, xidmətin keyfiyyəti, tərkibi və üstünlüklərinin izah edilməsi.
-Qarşıya qoyulmuş gündəlik və aylıq hədəfləri icra etmək.
-Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi.
İş şəraiti:
-İş vaxtı: Həftədə 6 gün, saat 10:00-19:00
-İş ünvanı : Elmlər metrosunun yaxınlığı
-Əmək haqqı fix 300 AZN + bonus ( Qoyulmuş hədəflərə uyğun bonus sistemi, hədəflər real şəraitə uyğun müəyyən edilir, əməkdaş qoyulan hədəfi icra etməsi halında ümumi 600 + AZN əməkhaqqı ala bilər )
Maraqlanan şəxslər öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
1 gün, 23 saat, 56 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
2 gün, 52 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 21 saat, 34 dəq
- 3 gün, 21 saat, 37 dəq
- 3 gün, 22 saat, 13 dəq