Rabitabank OJSC ümumi audit şöbəsinin meneceri axtarır
İşəgötürən: Rabitabank OJSC
Vakansiya: Ümumi audit şöbəsinin meneceri
Son tarix: 20 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Bank fəaliyyətinin tənzimlənməsi üzrə əməkdaşlar tərəfindən normativ aktlara, bankdaxili prosedurlara, qaydalara və təlimatlara riayət olunmasının auditini aparmaq;
-Bütün strukturlar üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
-Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparır.
-Bank sistemində mövcud olan risklərin və bütün növ bank əməliyyatlarının auditini aparmaq;
-Maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq;
-Aparılan auditlər zamanı aşkar olunan nöqsanların təhlilini etmək və hesabatları hazırlamaq;
-Şöbənin əməkdaşlarını idarə etmək və onların iş bölgüsünü təşkil etmək
Namizədə olan tələblər:
-İqtisadi və ya hüquqi təhsil;
-Minimum 5 il bank təcrübəsi;
-Analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
-Diqqətlilik, məsuliyyət və düzgün olmaq;
-Komandada işləmək bacarığı;
-Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
-MS Office proqramlarında keyfiyyətli işləmək bacarığı;
-Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
-Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyi;
-Lazım gəldikdə ölkə ərazisində ezamiyyətə getmək imkanları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “ Ümumi Audit Şöbəsinin meneceri” göstərməyiniz xahiş olunur.
Əlaqə üçün:
Telefon: (012) 598 44 88;
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.
Vakansiyalar
- 1 saat, 28 dəq
- 1 saat, 31 dəq
- 2 saat, 7 dəq
- 2 saat, 10 dəq
- 3 ay, 2 həftə, 2 gün, 16 saat, 45 dəq